Fact-info.az-a daxil olan məlumata görə, layihə çərçivəsində rus dilində sənədli film çəkilib. Layihə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında ümumi məlumatları özündə əks etdirir. Film Azərbaycanın Qarabağ bölgəsinin tarixi haqqında tarixçilərin yazdığı dəqiq məlumatlar əsasında çəkilmişdir.
Filmdə məqsəd bu gün erməni işğalı altında olan Qarabağın tarixi haqqında təksibolunmaz dəqiq sənədlər əsasında məlumatları fakt olaraq hazırlamaq və dünya ictimaiyyətinə təqdim etməkdir. Filmdə Qarabağın tarixi haqqında dünya tarixçilərinin araşdırmaları, ermənilərin saxta tarix yazmaları, tarixi faktları saxtalaşdırmaları barəsində ictimaiyyətə məlumat verilmişdir. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz dəqiq tarixi faktlara söykənərək erməni yalanları haqqında məlumatı geniş dünya ictimaiyyətinə çatdırmaqla öz töhvəmizi vermiş olacayıq.
Xatırladaq ki, ictimai birlik bundan əvvəl 3 dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində “Qarabağın Xristian abidələri” və "Qafqazın konservatoriyası" , “Qarabağın mədəniyyət xəzinələri”, ingilis, rus dillində “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” , rus dilində “Qarabaq muharibəsi: Xronika(1988-94)” , “Qarabağ təbiəti” ,“İşğal olunmuş Azərbaycan bölgələri” sənədli filmlərini hazırlayıb.
Baxış sayı: 1 249
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

