Görüşdə Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətinə toxunuldu, dünyada bu tədbirə böyük marağın olduğu qeyd edildi.
UNESKO-nun Baş direktoru xanım Odre Azule Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizdə mədəni və tarixi irsin qorunması və təbliği istiqamətində görülən işlərin əhəmiyyətini qeyd etdi. Xanım Odre Azule Azərbaycanın Elm Muzeyinin təsis edilməsi təşəbbüsünə UNESKO-nun dəstək verdiyini bildirdi.
Mədəniyyətlərarası dialoqa toxunan dövlətimizin başçısı “Bakı Prosesi”nin artıq böyük qlobal platformaya çevrildiyini və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini dedi. Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə mədəni və təbii irsin qorunması gündəlikdə duran ən önəmli məsələlərindən biridir.
Söhbət zamanı Azərbaycan ilə UNESKO arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu sahədə UNESKO-nun xətti ilə həyata keçirilən layihələrin önəmi vurğulandı.(Trend)
Baxış sayı: 1 159
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

