FACT-INFO.AZ » SİYASƏT » Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
25-06-2019, 08:45 | SİYASƏT
Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır

yunun 24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə belçikalı deputat Petra Sutterin “Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbuletmə prosesinin möhkəmləndirilməsinə” dair hazırladığı məruzə ciddi müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı müzakirələrdə 70-ə yaxın deputat çıxışa yazılıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov müzakirələrə qatılaraq, AŞPA nizamnaməsi və qaydalarında dəyişiklik etmək cəhdlərinin müsbət və mənfi tərəflərinə toxunub.

Bildirib ki, 70 yaşını qeyd edən bir təşkilatın nizamnaməsində, fəaliyyət prinsiplərində dəyişikliklər etməyə çalışması, bir tərəfdən çox yaxşıdır, digər tərəfdən isə narahatedicidir. Deputat deyib: “Yaxşıdır ona görə ki, bu, təşkilatdakı daxili dinamikadan xəbər verir. Göstərir ki, təşkilat öz işinə tənqidi yanaşmağı bacarır, yeniləşməyə, daha mükəmməl olmağa can atır. Narahatedici tərəfi isə 50-yə yaxın ölkənin ictimai-siyasi taleyi ilə bilavasitə bağlı olan bir mötəbər təşkilatın indiyədək kamil və rəvan işləyən nizamnaməsinin, qaydalarının olmamasıdır. Belə görünür ki, indiyədək müəyyən məsələlərdə yanlış yolla irəliləyirmişik”.

Yeniləşmənin, təkmilləşmənin vacibliyinə toxunan R.Hüseynov bildirib ki, yeniləşməyə meyil, müsbət dəyişikliklər etmək cəhdi məqbul gedişatdır. Lakin Avropada və dünyada müşahidə etdiyimiz oxşar islahatların öyrətdiyi təcrübə də var. Belə dəyişikliklər müəyyən qrupları, şəxsləri, dövlətləri nəzərdə tutaraq, onların hüquq və səlahiyyətlərinin məhdudlaşdırılmasını və ya genişləndirilməsini hədəf götürməməlidir. Dəyişikliklərdən hamı faydalana bilməlidir, bu yeniliklər hamı üçün daha yaxşı fəaliyyət imkanları təmin etməlidir.

R.Hüseynov üzv ölkələrin hər birinin bu quruma qəbul edilərkən müəyyən öhdəliklər götürdüyünü, prosedurlardan keçdiyini diqqətə çatdıraraq deyib ki, AŞPA-ya daxil olan ayrı-ayrı dövlətlərin fərdi öhdəliklərindən başqa, ortaq və mühüm öhdəlik üzvlüyün başlıca şərti kimi təşkilatın nizamnaməsinə, qaydalarına, tələblərə tabe olmaqdır, onları danışıqsız icra etməkdir. Üzv ölkə bu tələbləri yerinə yetirmirsə, hətta nümayişkaranə şəkildə bundan imtina edirsə, həm də bunu dəfələrlə edirsə, təbii ki, sanksiyalar işə düşməli, təşkilat ən azı öz nüfuzunu, ləyaqətini qorumaq naminə qəti sözünü deməlidir. Əks təqdirdə, təşkilata inam, etibar itəcək, nüfuzu aşağı düşəcəkdir.

Azərbaycanlı deputat təcavüzkar Ermənistanın AŞPA nizamnaməsi və qaydalarına zidd fəaliyyətlərindən müfəssəl danışıb. Bildirib ki, Ermənistan ötən illərdə sistemli şəkildə Parlament Assambleyasının müəyyən məruzələrinin hazırlanmasına açıq şəkildə müqavimət göstərib, maneçiliklər törədib, qəbul edilmiş qətnamələrə qətiyyən məhəl qoymayıb, illər boyu onları yerinə yetirməkdən imtina edib. Nizamnaməsinə üzv dövlətin belə açıq hörmətsizlik göstərməsinə Avropa Şurası dözüb, dözməkdə davam edir. Bütün bunlardan sonra təşkilatda böhranların ardı-arasının kəsilməməsi, arzuolunmaz proseslərin ardıcıl başlaması təəccüb doğurmur.

“Hamının tələblərinə tam cavab verən nizamnamə olmalı, onu hər yeni situasiyaya uyğun dəyişdirmək cəhdləri edilməməli, prosedur qaydalarının tələblərinə riayət də istisnasız hamı üçün eyni olmalıdır”, - deyə R.Hüseynov qeyd edib. Avropa Şurasındakı bir çox böhranların və problemlərin məhz Ermənistan kimi dövlətlərə ifrat güzəştli münasibətdən irəli gəldiyini vurğulayıb.(Azərtac)




Baxış sayı: 1 196
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031