FACT-INFO.AZ » SİYASƏT » Ermənistanın işğal altındakı ərazilərdəki qeyri-qanuni fəaliyyəti haqqında
6-06-2019, 07:30 | SİYASƏT
Ermənistanın işğal altındakı ərazilərdəki qeyri-qanuni fəaliyyəti haqqında

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin baş katibinə, Baş Assambleyanın sədrinə və Təhlükəsizlik Şurasının sədrinə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən hərbi işğalının təfərrüatlarını, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini pozmasına münasibətdə beynəlxalq birliyin mövqeyini əks etdirən, həmçinin “Azərkosmos” ASC-nin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyət: peyk çəkilişlərinin məlumatları” adlanan birgə məruzəsini BMT-yə üzv dövlətlərin diqqətinə çatdıran məktub ünvanlayıb.

Yaşar Əliyevin birgə məruzəyə, BMT TŞ-nin qətnamələrinə və ATƏT-in Azərbaycanın işğal edilmiş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyasının hesabatlarına istinadların daxil edildiyi məktubu Birləşmiş Millətlər Təşkilatının saytında yerləşdirilib (https://undocs.org/A/73/881).

Y.Əliyev BMT-nin struktur rəhbərlərinə müraciətində yazır ki, yuxarıda xatırladılan məruzədə Ermənistanın işğal etdiyi Azərbaycan Respublikası ərazilərində dayandırılmayan fəaliyyətindən, azərbaycanlıların çıxarıldıqları ərazilərdə mühacirlərin yerləşdirilməsi; təbii, kənd təsərrüfatı və su ehtiyatlarının talanması və istismarı, infrastrukturun dəyişdirilməsi, tarixi və mədəni irs abidələrinin dağıdılması və təhqir edilməsi haqqında təkzibedilməz sübutlar göstərilir.

Qeyd olunur ki, Ermənistanın bu qeyri-qanuni fəaliyyəti beynəlxalq hüquq normalarına əsasən qadağan edilməsinə, beynəlxalq birlik tərəfindən bundan əvvəlki xəbərdarlıqlara, tələblərə və qınaqlara baxmayaraq, sülh prosesi pərdəsi altında həyata keçirilir.

Azərbaycanlı diplomat qeyd edir ki, Təhlükəsizlik Şurası öz qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsini pisləyib, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin ələ keçirilməsi üçün güc tətbiq edilməsinin yolverilməz olduğunu təsdiqləyib.

Ermənistanın ərazi iddialarına və güc tətbiq etməklə bağlı hərəkətlərinə cavab olaraq, TŞ Dağlıq Qarabağ regionunun Azərbaycan Respublikasının ayrılmaz hissəsi olmasını bir daha təsdiqləyib və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Məktubda deyilir ki, digər beynəlxalq təşkilatlar da analoji mövqeni tutublar.

Beynəlxalq birlik azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnu dəfələrlə təsdiqləyib. Bu hüququn erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam çıxarılması ilə bir sırada həyata keçirilməsi münaqişənin beynəlxalq hüququn müddəalarına uyğun olaraq danışıqlar yolu ilə nizamlanmasının əsas elementi və mütləq şərtidir.

Azərbaycan Hökumətinin xahişi ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) 2005-ci və 2010-cu illərdə Azərbaycanın işğal olunmuş ərazilərində faktların müəyyən edilməsi və dəyərləndirilməsi üzrə missiyalar keçirib. Bu missiyaların apardıqları işin yekununa görə ATƏT-in Minsk qrupunun həmsədrləri “Azərbaycanın işğal olunmuş ərazilərinin bundan sonra hər hansı şəkildə məskunlaşdırılmasına qarşı çıxış ediblər” və “tərəfləri təkidlə ...regionun strukturunda demoqrafik dəyişikliklərdən” və “bu rayonların son nizamlanmasına və ya xarakterinin dəyişdirilməsinə ziyan vuracaq hər hansı fəaliyyətdən çəkinməyə çağırıblar”. ATƏT-in rəhbərliyi ilə sonuncu missiyanın keçirilməsindən doqquz il ötür.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi qeyd edir ki, lakin yuxarıda xatırladılan birgə məruzədən və digər mənbələrdən göründüyü kimi, işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyət nəinki davam edib, hətta bu dövr ərzində fəallaşaraq genişləndirilib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin koloniyalaşdırılmasına və ilhaqına yönəlmiş bu siyasəti və praktikası beynəlxalq hüququn açıq-aşkar pozulmasını ifadə edir, öz yurd-yuvasından qovulmuş yüz minlərlə insanın hüquq və azadlıqlarını tapdalayır, regionda sülhə, təhlükəsizliyə və sabitliyə bilavasitə təhdid yaradır.

Yaşar Əliyevin sözlərinə görə, aşkardır ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan ermənilərin sayını süni şəkildə artırmaqla orada əhalinin demoqrafik tərkibini dəyişmək və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmalarına imkan verməmək cəhdləri, həmçinin bu ərazilərdə təbii və digər ehtiyatların istismarı, əmlakın məhv edilməsi və mənimsənilməsi münaqişənin sülh yolu ilə həllinə nail olmaq hədəflərinə əsla uyğun gəlmir.

Birləşmiş Millətlər Təşkilatı və beynəlxalq birlik Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, xüsusən də işğal etdiyi Azərbaycan ərazilərində birtərəfli şəkildə demoqrafik, iqtisadi, sosial və mədəni xarakterli dəyişikliklərə istiqamətlənmiş qeyri-qanuni fəaliyyətinin dərhal, tamamilə və qeyd-şərtsiz dayandırılmasına və bu ərazilərdən geri çəkilməsinə ciddi şəkildə riayət etməsinin təminatına görə ümumilikdə məsuliyyət daşıyırlar.

“Qeyri-qanuni gücün tətbiqi və onun müvəqqəti və qeyri-sabit hərbi nəticələri problemin həlli deyildir, Ermənistan öz təcavüzünü dayandırmağa və Dağlıq Qarabağ regionundan və ölkəmizin işğal edilmiş digər ərazilərindən getməyə məcbur olacaq”, - deyə azərbaycanlı diplomat qeyd edir.

Sonda Y.Əliyev məktubu Baş Assambleyanın gündəliyinin 35-ci və 41-ci bəndləri üzrə sənədi kimi və Təhlükəsizlik Şurasının sənədi qismində yayılmasını xahiş edir.




Baxış sayı: 1 320
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30