"Mübahisələr davam edir, bu normaldır və Ermənistanda keçirilən son tədbirimizdə də həm gündəlikdəki, həm də ikitərəfli məsələlərlə bağlı olduqca uzun çəkən mübahisələrimiz oldu", - deyə Medvedev bildirib.
Rusiya Baş naziri gələcəkdə mübahisələrin Aİİ məhkəməsi tərəfindən həll ediləcəyinə ümid etdiyini bildirib.
"Mən ümumiyyətlə, məhkəmə formasından hərtərəfli istifadənin tərəfdarıyam. Bəzi hallarda, əgər razılaşmağa müvəffəq olmuruqsa və ya mövqelərimiz üst-üstə düşmürsə, bu isə ola bilər, onda yurisdiksion orqana, yəni məhkəməyə müraciət etmək və demək olar: bizim mübahisəmizi həll et", - deyə D.Medvedev qeyd edib.
Onun fikrincə, məhkəmənin qərarı yalnız o halda mötəbər olacaq ki, o, qüsursuz olacaq və hər hansı şərhlərsiz bütün tərəflər tərəfindən icra olunacaq. Məhkəmə bu mənada ən yüksək instansiya olmalıdır.
"Ümid edirəm ki, müəyyən perspektivdə bizim inteqrasiya birləşməmizin məhkəməsi də mötəbərliyin belə səviyyəsinə nail olacaq", - Medvedev qeyd edib.
O, gələcəkdə İttifaqın genişlənə biləcəyini də istisna etməyib: “Çünki üzvlük məsələsi açıqdır, artıq müşahidəçilər də var”.
Baxış sayı: 1 246
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

