FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İpək yolunda Qobustan inciləri
8-05-2019, 10:20 | MƏDƏNİYYƏT
İpək yolunda Qobustan inciləri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qobustan Milli Tarixi-Bədii Qoruğunun təşkilatçılığı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Aysel Əzizovanın rəhbərliyi ilə “İpək yolunda Qobustan. İncilərin rəqsi” geyim kolleksiyasının nümayişi kecirilib.

Trend-in məlumatına görə, 2000 il ərzində Qərblə Şərqi birləşdirən Böyük İpək yolunun bərpa təşəbbüsünü dəstəkləyən bu layihə ADMİU-nun Dizayn və Dekorativ-təbiqi sənət kafedrasının dosenti Aysel Əzizovanın rəhbərliyi ilə Geyim dizaynı ixtisaslaşması üzrə təhsil alan II, III,IV təhsil ilinin tələbələri tərəfindən hazırlanan 40 geyim nümunələrində öz əksini tapıb.

İncilər qismində təqdim olunan modellər İpək yolunda tarixən mövcud olan mədəniyyətlərin ortaq rimlərinə, məqamlarına əsaslanır. Ümumi konsept ənənəvi formaların müasir modada interpretasiyasıdır. Burada üç mövzunun vəhdəti əks olunub.

Bədii məkan olaraq Çin, Azərbaycan, Osmanlı Türkiyəsi seçilmişdir. Gələçək modelyerlərimiz Böyük İpək yolunda yerləşən her bir mədəniyyətə məxsus ənənəvi inciləri - çiçək simvollarını, Çinin pionunu, Osmanlı laləsini və, Azərbaycanın Xarı bülbülünü leytmotiv qismində istifadə edərək, onların çalarlarını, formalarını təqdim etdikləri qeyimlərdə canlandırıblar. Nümayişı yekunlaşdıran və üç kolleksiyanı birləşdirən mövzu isə Qobustandır. Tələbələr son kolleksiyanı işləyərkən, dəri, xəz, kətan materiallarından istifadə ediblər. İbtidai dövrün universallığı, sinkretikliyi amilinə əsaslanaraq, burada geyimin formalaşmasının ümumbəşər prinsipləri tətbiq edilib. İbtidai üslub zamandan asılı olmayaraq aktualdır və daim dizaynerlərin təxəyyülünü qıcıqlandırır, dünyagörüşünün ekoloji aspektlərinə, vizual brutallığa, və həttə gender rollarının təbiətinə olan meylləri açıqlayır.

Sadə biçimlər, bilərəkdən işlənən səliqəsizlik, kobudluq, assimmetrik formalar, xəz və dərinin ibtidai fakturası paleolitik assosiasiasiyalar oyadır. Qeyd olunan meyllər hippi submədəniyyətində xüsusi yer almışdır, 1990-cı illərdən isə dünya moda sənayəsində tətbiq edilib. Belə ki, 1994-cı ildə Vivyen Vestvud xəzdən hazırlanmış bikinini podiumda təqdim etməklə, moda dünyasına yenilik gətirmişdir. “İpək yolunda Qobustan. İncilərin rəqsi” kolleksiyasısında qaya rəsmlərinin tanınan simaları, Yallı, Yeddi gözəl, qayıqlar motivləri, Günəş rəmzləri incə fakturalı materialların, ipəklərin, şifonun üzərində interpretasiya edilib. Aparıcı aksentlər aksesuarlara, xüsusi ilə baş qeyimlərinə, qrim və döymə elementlərinə yönəlib. Burada zoomofr, fentezi, horror üslublarının elementləri tətbiq edilmişdir. Qayaların fonunda izlənən nümayış təbii vəhdət və eyni zamanda futuristik təəsüratlar yaradaraq, qoruğun qonqaları, turistlər tərəfindən maraqla qarçılanıb.

Tədbirdə Qobustan Milli Tarixi-Bədii Qoruğunun müdiri Vüqar İsayev, ADMİU-nun prorektoru Gülşən Əliyeva, Rəssamlıq Fakültəsinin dekanı Sevil Kərimova, Dizayn və Dekorativ tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı Arif Əziz, ADMİU-nun dosenti, modelyer Fəxriyyə Xələfova çıxış ediblər.




Baxış sayı: 1 616
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30