Bunu millət vəkili Azay Quliyev İnsan hüquqları məsələləri üzrə İşçi Qrupunun parlamentdə təşkil olunan növbəti iclasında çıxışı zamanı dilə gətirib.
Onun dediyinə görə, Azərbaycan bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq təşkilatlarla işbirliyində, əməkdaşlıqda maraqlıdır.
“Biz hər zaman da əməli şəkildə bu niyyətlərimizi ortaya qoymuşuq.
Amma çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların da bizimlə əməkdaşlığa hazır olmadıqlarının şahidi olmuşuq.
Biz bu İşçi Qrupunu da öz daxili ehtiyaclarımız üçün yaratmışıq, kiminsə istəyi və təzyiqi ilə yox. Biz bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələlərdə də qeyri-hökumət təşkilatları, bütövlükdə vətəndaş cəmiyyəti ilə təmasda, dialoqdayıq”.
“Bunun bizim işimizə, problemlərimizin həllinə çox böyük və müsbət təsiri var” - deyə, A. Quliyev daha sonra sözlərinə əlavə edib.
Baxış sayı: 2 062
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

