ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunmuş "BMT sistemində Sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" adlı panel müzakirəsində çıxışında Avropa İttifaqının (Aİ) Bakı nümayəndəliyini rəhbəri, səfir Kestutis Yankauskas deyib.
O bildirib ki Aİ təsis olunduqdan sonra Avropa ən üzünmüddətli sülh dövrünə qədəm qoyub: "Səbəb müxtəlif dövlətlərin ortaq maraqlarıdır. Bu da münaqişəni mümkünsüz edir. Avropa İttifaqı 2006-cı ildə qlobal strategiyanı qəbul edib. Orada göstərilir ki, qonşularımız stabil və təhlükəsiz deyilsə, biz də deyilik".
Səfir Şərq Tərəfdaşlığı proqramının 10 illiyinin qeyd olunacağını diqqətə çatdırıb: "Azərbaycan da bu proqramın üzvüdür. Biz bilirik ki, təhlükəsizlik, müstəqillik və ərazi bütövlüyü partnyorlarımız üçün önəmlidir".
Diplomat bildirib ki, Aİ qloballaşan dünyada bir arada işləməyi təklif edir: "Azərbaycan da bacarıqlı xarici siyasət yürüdür. Çox təbiidir ki, biz birlikdə işləyəcəyik"
Baxış sayı: 1 342
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

