Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə bildirib.
“Bildiyiniz kimi, Çində keçirilən II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumuna dövlət başçımız da dəvət olunmuşdu. Bu, Çinin Azərbaycana hörməti və dost münasibətinin ifadəsi kimi qəbul olunur. Bu səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Çin Xalq Respublikasının Sədri arasında çox səmərəli müzakirələr olub. Siyasi münasibətlərimiz çox yüksək səviyyədədir. İqtisadi ticari əlaqələr də inkişaf edir. Bu əlaqələri daha da yaxşılaşdırmaq üçün işləyirik. Həmçinin humanitar, mədəniyyət və başqa sahələrdə də əməkdaşlıq üçün böyük imkanlar var”, - o qeyd edib.
Şöbə müdiri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən olduğunu da diqqətə çatdırıb.
Baxış sayı: 1 296
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

