Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq etdiyini vurğulayan nazir ölkəmizin bu mötəbər təşkilat çərçivəsində hərbi sahədə də əməkdaşlığa başladığını vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görülən işlərdən danışılıb və BMT-nin bu istiqamətdə fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Müdafiə naziri bu yaxınlarda Nyu-Yorkda keçirilən BMT tədbirlərində iştirakını xatırlayıb və burada keçirdiyi görüşlərin nəticələrini qonaqla müzakirə edib.
Q.İsakzai də öz növbəsində Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycan hərbçilərinin sülhə dəstək missiyalarında fəal iştirakına görə təşəkkürünü bildirib.
Görüşdə BMT çərçivəsində hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Baxış sayı: 1 303
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

