Moskvada “Günəş və işıq atları. Qarabağ atlarının dirçəlişi” adlı rəsm sərgisi açılıb.
Rəssam Datse Ştrausun nadir Qarabağ atlarını əks etdirən rəsmlərindən ibarət sərgi Moskvanın “Veqas” ticarət mərkəzində açılıb. Sərgidə rəssamın 40 əsəri nümayiş olunur. Rəssam tamaşaçılarına Qarabağ atlarının möhtəşəmliyi, şahanəliyi, fərqliliyini nümayiş etdirməklə sanki bu məşhur atların qan yaddaşında qalmış qəhrəmanlıq tarixinin dirçəlişinə işarə edir.
Bu D.Ştrausun Qarabağ atlarına həsr olunmuş rəsmlərinin ilk sərgisi deyil. Onun rəsmləri ötən il Bakıda da uğurla sərgilənib. Rəssamın əsərləri Latviya və Finlandiya sənətsevərlərinə də tanışdır.
Moskva sərgisi çərçivəsində həm də xeyriyyə aksiyası təşkil olunacaq. Aksiya iştirakçıları nadir at cinslərinin dirçəlişinə öz töhfəsini verə biləcəklər.
Datse Ştraus K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını və Latviya Rəssamlıq Akademiyasını bitirib. Rəssam bir neçə ildir ki, Bakıda yaşayır.
Baxış sayı: 1 387
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

