Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi haqqında Sərəncamına əsasən Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına, həmçinin ölkə başçısının “Nəsimi ili” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin, Azərbaycanın Macarıstandakı səfirliyinin, Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə aprelin 24-də Budapeşt şəhərində, Yunus Əmrə İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunacaq ədəbi-musiqili tədbir keçiriləcək.
Tədbirdə iştirak etmək məqsədilə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 22-dən 25-dək Macarıstana səfərdə olacaq.
Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Macarıstan İnsan Resursları Nazirliyində və Macarıstan Milli Kitabxanasında görüşlərin keçirilməsi, iki ölkə arasında “Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı”nın imzalanması, eyni zamanda Macarıstan Milli Kitabxanasında qədim şərq (Azərbaycan, türk, ərəb və fars) əlyazmaları fondu ilə tanışlıq planlaşdırılıb
Baxış sayı: 1 374
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

