FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu
18-04-2019, 10:30 | MƏDƏNİYYƏT
Amerikada “Müasir Azərbaycan nəsri” antologiyasi çap olundu

ONA xəbər verir ki, yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Dr.İrəc İsmayıl nəşrə hazırlayıb. Rajeev Madanın redaktəsi ilə nəşr olunan antologiya, 2012-ci ildə Amerikada yayınlanan eyniadlı kitabın əlavə və düzəlişlərlə ikinci nəşridir.

Müxtəlif ədəbi nəsli təmsil edən yazıçılardan İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, İsa Muğanna, Yusif Səmədoğlu, Sabir Əhmədli, Sara Oğuz, Sabir Azəri, İsi Məlikzadə, Çingiz Hüseynov, Anar, Əlisa Nicat, Rüstəm İbrahimbəyov, Elçin, Mövlud Süleymanlı, Seyran Səxavət, Məmməd Oruc, Rafiq Tağı, Saday Budaqlı, Orxan Fikrətoğlu, Kamran Nəzirli, Elçin Hüseynbəyli, İlqar Fəhmi və başqalarının əsərlərininin yer aldığı antologiya Azərbaycan nəsrinin son illərdə yaranmış bir sıra dəyərli ör­nəklərini əhatə etmək­dədir. Antolo­giyada, eyni zamanda, Azərbaycanın Güneyində yaranan bədii nəsr örnəklərinə yer verilib, Qulamhüseyn Səidi, Ruqiyyə Kəbiri, Güntay Gəncalp kimi müəlliflərin hekayələri kitaba daxil edilib.

Dünya oxucularına təqdim olunan bu antologiya təxminən son yarım əsrlik dövrün bədii nəsr örnəklərini özündə birləşdirir. Bu dövr sovet siyasi rejiminin çöküşü və Azərbaycanın istiqlaliyyətə qovuşduğu mərhələnin ədəbiyyatını əhatə etdiyin­dən yaranan bədii örnəklərdə özünəməxsus bədii çalarların olduğu diqqəti çəkir.

Burada epik-analitik, lirik-psixoloji, şərti-metaforik üslublu yazılara təsadüf olunur. Əsərlərin seçimində çağdaş Azərbaycan bədii nəsrinin gerçək mənzərəsinin əks olunmasına çalışılmışdır.

Qeyd edək ki, kitabı www.amazon.com, www.trafford.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə edə bilərsiniz.




Baxış sayı: 1 416
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031