FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev: "Bir kəmər, bir yol" Azərbaycan-Çin əməkdaşlığı üçün böyük imkanlar yaradır
14-04-2019, 08:15 | SİYASƏT
Hikmət Hacıyev: "Bir kəmər, bir yol" Azərbaycan-Çin əməkdaşlığı üçün böyük imkanlar yaradır

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Pekində Çinin nüfuzlu kütləvi informasiya vasitələrinə – milli xəbər agentliyi Sinxuaya, Çin Mərkəzi Televiziyasının ingilisdilli kanalına (CGTN) və "China Daily" qəzetinə müsahibələrində xüsusi vurğulanan məqam olub.

Çin KİV-ləri qeyd edir ki, Şərqi Avropa və Qərbi Asiya arasında yolların kəsişməsində yerləşən Azərbaycan Çin ilə yüksək səviyyəli dialoqa, iqtisadi və ticari əməkdaşlığa, habelə təhsil, mədəniyyət və digər sahələrdə səmərəli münasibətlərə malikdir.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin müəllifi olduğu "Bir kəmər, bir yol" strategiyasının səmərəli əlaqələrə və tərəfdaşlığa söykənən əhatəli əməkdaşlıq gətirdiyini qeyd edən Hikmət Hacıyev bildirib ki, bu təşəbbüs ilə Azərbaycanın inkişaf gündəliyində duran məsələlər arasında böyük sinerji var. Azərbaycan bu təşəbbüs çərçivəsində bütün layihələrdə iştiraka hazırdır.

Prezident Administrasiyasının şöbə müdiri deyib ki, iki ölkənin iqtisadi, o cümlədən ticarət, kənd təsərrüfatı, enerji, neft kimyası, turizm sahələrində əməkdaşlığı üçün böyüyən imkanlar var. Azərbaycan Çindən daha çox sərmayələrin cəlb olunmasını alqışlayır.

Qeyd olunub ki, Azərbaycan və Çin beynəlxalq müstəvidə qarşılıqlı etimada və hörmətə əsaslanan münasibətlərin qurulmasına töhfələr verir. İki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı da daxil olmaqla regional və beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir.

Çin KİV-ləri Azərbaycanın əlverişli coğrafi mövqeyi ilə Avropa və Asiya arasında nəqliyyat qovşağı rolunu oynamağı hədəflədiyini vurğulayaraq, Hikmət Hacıyevin sözlərinə istinadla, Azərbaycanın dəniz və hava limanları, avtomobil və dəmir yolları daxil olmaqla geniş nəqliyyat şəbəkəsini yaratdığını yazır. Çin ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dərmir yolu xətti 2017-ci ilin oktyabrında istifadəyə verilib. Bu, "Bir kəmər, bir yol" təşəbbüsü müstəvisində əsas orta dəhliz kimi fəaliyyət göstərir.

Reportajlarda Azərbaycanın Çin ilə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən ticarət, investisiya, maliyyə istiqamətləri üzrə əməkdaşlığın daha da genişlənməsinə səy göstərdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Çinə kənd təsərrüfatı məhsullarının, o cümlədən şərab, quru meyvə, meyvə şirələri və qənnadı məmulatlarının ixracı ilə bağlı intensiv danışıqlar aparır. Azərbaycan şirkətləri öz məhsullarının daha yaxşı tanıdılması və yerli bazara çıxışının təmin olunması üçün ötən il Şanxayda keçirilən birinci Çin beynəlxalq idxal sərgisi də daxil olmaqla, Çində təşkil olunan ərzaq və kənd təsərrüfatı məhsulları sərgi və yarmarkalarında fəal iştirak edir.

Hikmət Hacıyev Azərbaycan ilə Çinin "Bir kəmər, bir yol" təşəbbüsünün tərkib hissəsi kimi xalq təmaslarının, o cümlədən turizm sahəsində əməkdaşlığın, təhsil əlaqələrinin, mədəni mübadilənin genişləndirilməsinə çalışdığını diqqətə çatdırıb. Bu ilin fevralında Pekində iki ölkə arasında turizm sahəsində imzalanmış anlaşma memorandumu çinli turistləri Azərbaycana səfərə getməyə təşviq edəcək.

Qeyd olunub ki, Çinin Cənubi Qafqaz ilə ticarətinin demək olar ki, yarısı Azərbaycanın payına düşür. Azərbaycan Çin qiymətli kağızlarına 1,7 milyard dollar sərmayə yatırıb.

Prezident Administrasiyasının şöbə müdiri müsahibələrində Azərbaycanın son illər sosial-iqtisadi sahədə qazandığı uğurlardan danışaraq, hökumətin qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı addımlardan danışıb. Azərbaycan bu baxımdan da Çin ilə sənaye, kənd təsərrüfatı, turizm, İKT və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsində maraqlıdır.




Baxış sayı: 1 320
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031