Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Argentinadakı səfirliyinin dəstəyi ilə tanınmış professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyevanın “Azərbaycan xalçası sivilizasiyaların kəsişməsində” kitabı ispan dilində nəşr edilib.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinə həsr olunub. Kitabda ölkəmizdə qədim tarixə malik olan xalçaçılıq sənəti barədə ətraflı məlumatlar, xalçaların hazırlanma üsulları, xalçaların bölgələr üzrə fərqlənən növləri, xalçalarda istifadə olunmuş təsvirlərin və naxışların mənaları, ölkəmizə məxsus çoxsaylı xalça fotoşəkilləri öz əksini tapıb.
Kitab Azərbaycanda akkreditə olunmuş ispandilli ölkələrin səfirliklərinə təqdim edilib. Həmçinin yaxın zamanlarda kitabın Argentinada təqdimatının keçirilməsi nəzərdə tutulur.
Baxış sayı: 1 299
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

