FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir
9-04-2019, 18:10 | SİYASƏT
Hikmət Hacıyev: Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindəki təbii resursları riyakarcasına talan edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər bilavasitə münaqişənin həllini əngəlləyən məsələdir. Ermənistan atəşkəs rejiminin arxasında gizlənərək riyakarcasına Azərbaycanın işğal olunmuş ərazilərinin təbii resurslarını talan edir, həmçinin demoqrafik vəziyyəti dəyişdirir, Azərbaycanın maddi-mədəni irsinin məhv edilməsi, onun xalqımıza məxsusluğunun izlərinin silinməsi kimi fəaliyyətləri həyata keçirir. Ona görə də beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq Azərbaycan Respublikası işğal olunmuş ərazilərindəki qeyri-qanuni fəaliyyətlər mövzusunu ardıcıl olaraq beynəlxalq tədbirlərdə qaldırır.

Bu fikirləri BMT-nin Cenevrə Bölməsində “Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev konfransın mahiyyətinə toxunaraq qeyd edib ki, tədbirdə işğal olunmuş ərazilərdəki qeyri-qanuni iqtisadi fəaliyyətlər və onların insan hüquqlarına təsiri məsələləri müzakirəyə çıxarıldı. Burada bilavasitə Azərbaycanın işğal olunmuş ərazilərindən didərgin salınmış və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının bütün fundamental hüquq və azadlıqlarının, eləcə də mülkiyyət hüququnun kobud şəkildə pozulması kimi hallar mövcuddur. Bu da Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə birbaşa bağlıdır. Bu konfransda BMT yanında akkreditə olunmuş ölkələrin səfirləri, BMT-nin aidiyyəti ixtisaslaşmış strukturlarının nümayəndələri, beynəlxalq hüquqşünaslar və ekspertlər iştirak edirlər. Buna görə də bu məsələyə, ilk növbədə, beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşıldı və müzakirələrdə “bugünkü beynəlxalq hüquqda çatışmayan məqamlar varmı və onlar qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasında nə dərəcədə səmərəlidir?” kimi suallara aydınlıq gətirilməsinə çalışıldı.

Şöbə müdiri qeyd edib ki, konfransda digər münaqişə zonalarında bu sahədə mövcud təcrübələr və baxışlar da müzakirə olundu. Azərbaycan Respublikasının üzləşdiyi problem də bu mövzu əsasında təqdim edildi: “Düşünürük ki, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər mövzusu bundan sonrakı beynəlxalq tədbirlərdə də davam etdiriləcək. Çox müsbət haldır ki, bu tədbir məhz BMT-nin binasında baş tutur. Azərbaycan Respublikası bu tədbiri təşkil etməklə müasir beynəlxalq hüquqda və beynəlxalq humanitar hüquqda bu mövzunun inkişaf etdirilməsi və beynəlxalq hüquq nöqteyi-nəzərindən məcəllələşdirilməsi istiqamətində addımların atılması prosesinə öz töhfəsini verir. Belə tədbirlər çərçivəsində Azərbaycan da bu kontekstdə öz problemini –işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qeyri-qanuni fəaliyyətlərin həyata keçirilməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır və bu məsələ ətrafında müzakirələr aparılır.(Azərtac)




Baxış sayı: 1 231
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031