FACT-INFO.AZ » SİYASƏT » Elmar Məmmədyarov: “Azərbaycanla münasibət qurmadan Ermənistanın gələcəyi yoxdur”
6-04-2019, 08:35 | SİYASƏT
Elmar Məmmədyarov: “Azərbaycanla münasibət qurmadan Ermənistanın gələcəyi yoxdur”

“Vyana görüşü münaqişənin həllinin çətinliklə də olsa, mümkünlüyünü göstərdi. Əlbəttə ki, bunun tez başa gələcəyini heç kəs ummur. Görün, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşündən üç saat sonra Ermənistan müdafiə naziri hədə-qorxu dolu bəyanat verir. Bunun sırf daxili auditoriyaya ünvanlandığını başa düşürəm. Çünki hətta mən hərbdən uzaq adam ola-ola hücum və müdafiə silahlarının fərqli olduğunu bilirəm”. Fact-info.az xəbər verir ki, bunu “Report”a müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Elmar Məmmədyarov bildirib ki, danışıqlarla bağlı dediklərimizin mahiyyətinə varmaq lazımdır: “Mən həmişə erməni dostlarımızdan soruşuram: 30 ildir bu münaqişə gedir, Ermənistan vətəndaşlarına bunun nə faydası olub, görəsən? Ölkədə yoxsulluq səviyyəsi 40 faizdən yuxarı, perspektiv görünmür, demoqrafik vəziyyət fəlakət həddində, ən ağıllı kim varsa, baş götürüb qaçır. Bütün bunlar bir çarə axtarıb tapmağı zəruri edir. Burada Azərbaycan tərəfinin də dəfələrlə səsləndirdiyi çox sadə bir məntiq var: öz torpağımızı götürüb Aya gedə bilmərik. Odur ki, qonşu ölkələrlə dil tapıb mehriban münasibətlər qurmağa çalışmalıyıq. Ermənilər diasporlarının köməyinə bel bağlayırlar. Yoldaşı və iki oğlu ilə birlikdə ABŞ vətəndaşlığından imtina edən Vardan Oskanyandan başqa, həmin o diaspordan Ermənistanda məskən salan varmı!? Bircə nəfər də yoxdur. Deməli, etimad yoxdur. Məncə, vəziyyəti təhlil edərkən bunlar mütləq dərk olunmalıdır.

Diplomatiyada təmas nöqtələrini tapmaq üçün özünü müsahibinin yerinə qoymaq bacarığı çox mühümdür. Bunun çətin olacağını, əhalini sülhə hazırlamağın zəruri olduğunu başa düşürük. Ermənistan tərəfi torpaq müqabilində barışığı məqbul saymadıqlarını bildirir. Hər nə qədər razılaşmasam da, məsələni başqa cür qoyaq: rifah naminə barışıq. Ermənistan bu münaqişədən nələr əldə edib? Onlar da vaxtaşırı bizim nə əldə etdiyimizi soruşur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, dəmir yolları, avtomobil yolları çəkilir, neft kəmərləri tikilib, Cənub Qaz Dəhlizi və s. Misalları çox çəkə bilərəm. Azərbaycan regionun iqtisadi lider ölkəsinə çevrilib. Azərbaycanla münasibət qurmadan Ermənistanın gələcəyi yoxdur. Söhbət müstəqillikdən gedir”.

Nazir bildirib ki, hazırda Azərbaycanda əhalinin sülhə hazırlanması məsələsi gündəmdədir: “Lazım gəlsə, jurnalistlərin qarşılıqlı səfərlərini də təşkil edə bilərik. Bu məsələni elə Sergey Lavrovla da müzakirə etdik. Azərbaycanın fikrincə, daha bir bəyanat verməklə irəli getmək zərurətini əsaslandırmaq lazımdır”.

Elmar Məmmədyarov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla apardığı müzakirələrdən danışıb: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təfərrüatı müzakirə etdik. Cənab Lavrov çox təcrübəli diplomatdır və bu münaqişənin həllində maraqlı olduğu hiss olunur. Hələlik bu məsələni yalnız mənimlə müzakirə edib. Sözsüz ki, işğal olunmuş ərazilər nə qədər tez boşaldılsa, bizim üçün bir o qədər məqbuldur. Hərçənd, təbii ki, o, bu məsələ barədə Ermənistan xarici işlər naziri ilə də danışıqlar aparacaq”.




Baxış sayı: 1 813
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031