ONA-nın Qarabağ bürosunun məlumatına görə, bunu Cocuq Mərcanlıya səfər edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib. O qeyd edib ki, Dağlıq Qarabağın 86 min nəfərlik azərbaycanlı icması dədə-baba torpaqlarına geri qayıtmaq, öz mülkiyyətlərinə sahib olmaq arzusu ilə yaşayır:
“Biz bu arzunun tezliklə həyata keçiriləcəyinə ümid edirik. Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən aparılan sülh danışıqları, konstruktiv mövqe ortadadır. Dağlıq Qarabaq icması olaraq biz sülh istəyirik. Biz öz mülkiyyət və torpaq hüquqlarımızdan məhrum olmuşuq. Ona görə də yaxşı olar ki, Ermənistan dövləti bunu tez başa düşsün və işqalçı qüvvələrini tezliklə Azərbaycan torpaqlarından çıxartsın, biz öz torpaqlarımıza geri dönək. Əks halda Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında daimi qalması mümkün olmayacaq. Ermənistan bunu nə qədər tez başa düşsə, onun üçün daha yaxşı olar. Erməni qoşunları işğal olunmuş ərazilərdən tam çıxmalıdır. Yalnız bundan sonra erməni icması ilə bir yerdə sülh şəraitində, Azərbaycan Respublikasınln suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədləri çərçivəsində yaşamağa hazırıq”.
Baxış sayı: 1 393
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

