FACT-INFO.AZ » SİYASƏT » Ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk qətllərin tarixi XIX əsrin 80-ci illərinə gedib çıxır"
1-04-2019, 07:40 | SİYASƏT
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri ilk qətllərin tarixi XIX əsrin 80-ci illərinə gedib çıxır"

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı bildirib. Onun sözlərinə görə, qırğınların zirvə nöqtəsi kimi 1918-ci ilin mart soyqırımı götürülür ki, bu da tamamilə düzgündür.

1918-ci il mart soyqırımının törədilməsinin bir sıra səbəbləri olduğunu deyən institut direktoru əlavə edib ki, hələ I Pyotr zamanından başlayaraq Rusiya imperiyası Xəzərin şimal sahillərini, həmçinin Bakını işğal edib öz tərkibinə qatmaq üçün Bakının və Azərbaycanın digər yerlərinin guya fərqli mədəniyyətə sahib olduğunu bildirirdi:

"Hətta "Bakı və Azərbaycan" ifadələri dövriyyəyə buraxılmışdı. Rusiyanın dənizlərə çıxmaq üçün apardığı işğalçı müharibələr nəticəsində Azərbaycan bölüşdürüldükdən sonra Cənubi Qafqaza ermənilərin yerləşməsi ilə təkcə demoqrafik vəziyyət dəyişmədi, eyni zamanda, onlar çarizmin Şərq siyasətində bir vasitəyə çevrildilər. Bu siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası da davam etdirdi. 1917-ci ilin noyabrında Bakıda Şaumyan başda olmaqla sovet hakimiyyəti quruldu. Bu, azərbaycanlıların əleyhinə olan bir qurum idi. Lenin həmin ilin dekabrında Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi".

M.Qasımlı bildirib ki, iqtisadi baxımdan Bakı bolşevik Rusiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi:

"Təsadüfi deyildi ki, 1918-ci il martın ikinci yarısında Lenin ABŞ-ın Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R.Robinsonun "Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir" sualına "Bu - neft, işıq və enerjidir", - deyə cavab vermişdi. Mühüm coğrafi-siyasi mövqedə yerləşən Bakıda bütün Cənubi Qafqazın taleyi həll olunurdu. O zaman Cənubi Qafqazda faktiki olaraq üç güc – Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdilər. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz Seyminin süqutuna kömək edərdi. Digər tərəfdən, Bakıya yiyələnmək Xəzər dənizi və "dünyanın ürəyi" olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı yaradardı. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi".

Tarixçi qeyd edib ki, Bakıda qırğınların törədilməsinin başlıca məqsədlərindən biri Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Belə ki, azərbaycanlılar əvvəlcə muxtariyyət, sonda isə müstəqillik uğrunda mübarizə aparırdılar. Qırğınların törədilməsinin digər bir məqsədi əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya Osmanlı ordusunun buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək idi:

"Azərbaycan əhalisi isə silahlı düşmən qarşısında əliyalın qalmışdı. Bakıda və onun ətrafında azərbaycanlıların silahlı qüvvəsi, demək olar, yox idi. Bu qırğınlara bəhanə də tapıldı. Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını müsəlmanlara qarşı soyqırıma təhrik edirdi. Hücum üçün bir bəhanə axtarılırdı. Belə bir bəhanə general Talışinski başda olmaqla müsəlman diviziyasının Lənkəranda həlak olan silahdaşları, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsini "Evelina" gəmisi ilə Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah edilməsi oldu. Müsəlman diviziyasının əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri Şaumyan azərbaycanlılara divan tutmaq haqqında əmr verdi. Martın 30-u axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, qırğın başlananadək özlərinin bitərəfliyini elan etmiş "Daşnaksütyun" və Erməni Milli Şurası, o cümlədən erməni kilsəsi Bakı Sovetini müdafiə etdi. Nəinki silahlı erməni əsgərləri, habelə erməni ziyalıları Bakı Soveti tərəfindən döyüşə qatıldılar. Şaumyan bu hadisə ilə bağlı yazırdı: "Bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhəboyu hücuma keçdik. Bizim artıq 6 min nəfərədək silahlı qüvvəmiz vardı. Həmçinin "Daşnaksütyun"un 3-4 minə qədər milli hissələri də bizim sərəncamımızda idi. "Daşnaksütyun"un iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi".

Qırğının qəddarlıqla həyata keçirildiyini deyən M.Qasımlı qeyd edib ki, dinc azərbaycanlı əhali diri-diri su və neft quyularına, yanar təndirlərə atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər:

"Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün "türk", "müsəlman" olmaq kifayət edirdi. Mart soyqırımının şahidi olan Azərbaycan tarixçisi R.İsmayılov yazırdı: "İş o yerə çatmışdı ki, daşnaklar "biz bolşevik, sosialist bilmərik, müsəlmansan, kifayətdir", – deyə hətta müsəlman sosialistlərini belə qırdılar..." Kütləvi qırğının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. Qırğınlar yalnız aprelin 2-də dayandırıldı".

O əlavə edib ki, ABŞ kəşfiyyat mənbələrinə görə, Cənubi Qafqazda qırğınlar zamanı 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı: "Digər mənbələrə əsasən, yalnız Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdü".




Baxış sayı: 1 381
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031