FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağda məhv edilən abidələrin siyahısı açıqlandı
28-03-2019, 18:15 | MƏDƏNİYYƏT
Qarabağda məhv edilən abidələrin siyahısı açıqlandı

Tədbirdə çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Ermənistanın Azərbaycan xalqına qarşı davam edən təcavüzünün qurbanlarının təkcə soydaşlarımız deyil, həm də yaşı miniklərlə ölçülən tarixi, dini və mədəni abidələrimiz, eləcə də müqəddəs ocaqlarımız və məbədlərimizin olması barədə danışıb. Bildirib ki, dini-mədəni abidələrimiz həm də xalqımızın daşlaşmış tarixidir.

Ermənilər bu dəyərlərimizi məhv etməklə azərbaycanlıların guya burada yaşamadıqlarını sübut etmək iddiasındadırlar. O qeyd edib ki, ermənilər özlərinin “böyük Ermənistan” arzusunu gerçəkləşdirmək üçün bu abidələri dağıdıb məhv edirlər. Bu abidələrin erməniləşdirilərək özününküləşdirilməsinə cəhd edilir. İşğal altındakı müsəlman dini kimliyinə aid abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılır, təhqir olunur. Komitə sədrinin birinci müavini deyib ki, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir.

S.Salahlı vurğulayıb ki, qədim Azərbaycan torpaqlarında, o cümlədən Dağlıq Qarabağda məhv edilən abidələrdən 367-si tarixi abidələr, 67-si məscidlər, 140-ı ziyarətgahlar, 140-ı isə məbədlərdir. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib və Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Monoetnik Ermənistan dünya dəyərlərinə qarşı çıxaraq işğal etdikləri yerdə azərbaycanlıların maddi-mənəvi abidələrini məhv edirlər.

DQİDK sədrinin birinci müavini diqqətə çatdırıb ki, ermənilərin bu siyasəti dünya xalqları tərəfindən qəbul edilmir və erməni işğalçılarının bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı nə böyük təşkilatlar, nə də böyük dövlətlər səviyyəsində münasibət bildirilmir. Bir çox hallarda bu prosesləri görməməzliyə vururlar, ən yaxşı halda isə sükutla üstündən keçirlər. Təbii ki, biz bu işğalçı siyasətlə barışa bilmərik və öz münasibətimizi ən müxtəlif istiqamətlərdə bildiririk.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, Bakı Dövlət Universitetinin kafedra müdiri Anar İsgəndərov geniş məruzə ilə çıxış edib. Bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O deyib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çoxsaylı məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunub.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev tədbirin aktuallığını qeyd edib, erməni saxtakarlığının ifşası baxımından əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılan, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı müzakirələrin aparılması, bu barədə cəmiyyətin tarixi faktlarla məlumatlandırılması daim diqqət mərkəzində olmalıdır.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının keşişi Jozef Marek, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Dionisiy Sveçnikov və Gürcü Yəhudiləri Bakı dini icmasının nümayəndəsi Moisey Bekker çıxışlarında ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri, ölkəmizin mədəni irsinə qarşı təcavüz faktları, o cümlədən dini-mədəni ibadətgahların mahiyyətinin dəyişdirilməsi barədə danışıblar.(Modern.az)




Baxış sayı: 1 424
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031