Alim Qasımov kimi istedadlı ənənəvi musiqi ifaçıları, eləcə də dünyada ən çox musiqiçisi olan Azərbaycan mədəniyyəti təşviq olunub və geniş auditoriyaya çatdırılıb. Qarabağ bölgəsi, xüsusilə də Şuşa Azərbaycan musiqisinin beşiyidir.
Bu fikirləri fransız etno-musiqişünası Jan Dürinq AZƏRTAC-a müsahibəsində söyləyib. J.Dürinq Azərbaycan musiqisinin tarixini Şuşa musiqiçilərinin yazdığını vurğulayıb. O, Alim Qasımovun böyük muğam ustadı olduğunu qeyd edərək bildirib ki, o, hələ 1989-cu ildə Parisdə ilk konsertindən sonra dəfələrlə buraya konsert verməyə dəvət olunub və Azərbaycan muğamını dünyada təşviq edib.
“Bakıda 2009-cu ildə keçirilmiş “Muğam dünyası” festivalı və bu festival çərçivəsində təşkil olunmuş muğam müsabiqəsi, eləcə də Beynəlxalq Muğam Mərkəzinin yaradılması ölkədə muğam musiqisinə verilən yüksək qiymətin bariz nümunələridir”, -deyə J.Dürinq diqqətə çatdırıb.
Baxış sayı: 1 455
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

