Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən də böyük rəğbət və ehtiramla qarşılanıb. Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Türkiyədə fəaliyyət göstərən soydaşımız professor Adil Allahverdiyev deyib. Dövlətimizin başçısının Novruz bayramı ərəfəsində belə bir humanist addım atmasını Azərbaycanda vətəndaş cəmiyyətinin ən dəyərli nümunəsi kimi qiymətləndirən professor deyib: “Azərbaycan hüquqi dövlətdir. Cinayət, qanun pozuntusu varsa, cəza da olmalıdır. Bağışlamaq isə ədalətin ən ali zirvəsidir. Novruz günlərində əfv olunanların ailələrinə, onların bütün doğmalarına bəxş olunan sevinc bütövlükdə cəmiyyətimizə əsl bayram hədiyyəsidir”.
Baxış sayı: 1 409
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

