FACT-INFO.AZ » SİYASƏT » Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər obyektiv olmalıdırlar
16-03-2019, 12:10 | SİYASƏT
Polkovnik Şair Ramaldanov: Ordumuz haqqında fikir söyləyənlər obyektiv olmalıdırlar

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov AZƏRTAC-a açıqlamasında deyib. Ş.Ramaldanov bildirib: “Acınacaqlısı odur ki, düşmən tərəfinin təbliğatına dəstək verənlər arasında xaricdə məskunlaşan, ölkəmizin hərbi gücünün artmasına qısqanclıqla yanaşan üzdəniraq soydaşlarımızdan ibarət dırnaqarası hərbi ekspertlər də var. Təəssüflər olsun ki, bunların sırasında özünü müdafiə nazirinin keçmiş müavini kimi qələmə verən İsa Sadıqov da yer alır.

Son zamanlar o, çıxışlarında qeyri-obyektiv, həqiqətə uyğun olmayan, qərəzli və Azərbaycan Ordusunun nüfuzdan salmağa yönəlmiş əsassız fikirlər səsləndirir. Bunların bir məqsədi var - Azərbaycan Ordusunu uğur və nailiyyətlərinə kölgə salmaq və düşmən təbliğatına dəstək vermək. Ordumuzda aparılan islahatlardan bixəbər olan bir şəxsin bu kimi fikirlər səsləndirməsi diletantlıqdan başqa bir şey deyil. Gəlin onun çıxışında qeyd olunan bəzi absurd fikirləri təhlil edək. O bildirir ki, Azərbaycan tərəfi Rusiyadan köhnə, keyfiyyətsiz silah-sursat, hərbi texnika alır. Qeyd edim ki, silah və hərbi texnikanın əldə edilməsi prosesi müvafiq qaydada həyata keçirilir. Bu çox mürəkkəb və uzunmüddətli bir prosesdir. Lakin mən bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. İlk növbədə alınan silah və hərbi texnikanın taktiki-texniki xassələri, tətbiq imkanları, onların Ordumuzun qarşısında duran döyüş tapşırıqlarının icrasına uyğunluğu dərindən öyrənilir, eləcə də etibarlığına zəmanət alınır və mərhələli şəkildə sınaq testləri keçirilir”.

Ekspert qeyd edib ki, Azərbaycanın aldığı hərbi texnika müasirliyi ilə seçilir, hərbi paradlarda nümayiş etdirilir və təlimlərdə tətbiq olunur. Bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır. Son illərdə Ordumuzun arsenalı Т-90S tankı, PDM-3, ZTR-82A, 152 mm-lik “Msta-S”özüyeriyən artilleriya qurğusu, 220 mm-lik ТОС-1A “Solntsepyok” ağır odsaçan sistemi, XRİZANTEMA-S özüyeriyən tank əleyhinə kompleksi, 120 mm-lik 2 S31 “Vena” özüyeriyən artilleriya qurğusu, OSA-1T zenit raket kompleksi, yüksək mobilliyi ilə seçilən BUK-МB zenit-raket kompleksi, S-300 FAVORİT çoxkanallı universal mobil zenit raket sistemi, 152-mm 2A36 “Geasint” yedəklənən toplar ilə zənginləşib. Bu haqda hər bir leytenant rütbəli zabit də bilir, amma nə üçünsə özünü polkovnik hesab edən şəxs bunları görmək istəmir.

Azərbaycanın hərbi gücünün, Ordumuzun isə döyüş qabiliyyətinin gündən günə artdığını müdafiə və təhlükəsizlik sahəsində ixtisaslaşan nüfuzlu beynəlxalq təşkilatlar, hətta düşmənlərimiz də təsdiqləyir. Verilən son statistik məlumatlara görə Ordumuz 130 dövlətin silahlı qüvvələri arasında 50 parametrə görə 53-cü yerdə qərarlaşıb. Daha sonra o deyir ki, ölkəmizin Rusiyadan aldığı aviasiya vasitələrinin idarəetmə sistemlərinin döyüş tapşırığının icrası zamanı istehsalçı-ölkə tərəfindən bloklanması mümkündür. Qeyd edim ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviaparkındakı bütün növ aviasiya vasitələrinin idarəetmə sistemləri Türkiyə, Fransa, İsrail, Cənubi Afrika Respublikası kimi hərbi sahədə uğur qazanmış ölkələr vasitəsilə modernləşdirilərək ən müasir və yeni avadanlıqlarla təchiz edilib və istehsalçı ölkənin bu texnikanın idarəetmə sistemlərinə istənilən müdaxiləsi tam istisnadır.

Bundan əlavə o bildirir ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu guya ZTR-70-dən istifadə etdiyi zaman onların atəş-idarəetmə vasitələrinin fəaliyyəti düşmən tərəfindən radioelektron mübarizə vasitələri ilə müdaxilə edilərək məhdudlaşdırılmışdır. Bu fikir də tam absurddur. Çünki həmin təkərli texnika köhnə olduğundan Ordumuzun arsenalından çıxarılıb və ən yeni zirehli transportyor ZTR-82A ilə əvəzlənib. Və birdə ki, bu döyüş vasitələri mexaniki idarə olunduğundan onun atəş-idarəetmə vasitələrinə radioelektron mübarizə vasitələri ilə müdaxilə etmək mümkün deyil. İstənilən maxe və gizirdən bu barədə soruşsaq dərhal biləcək. Amma nəyə görəsə “tanınmış hərbi ekspert”in bu məsələdən də anlayışı yoxdur.

Mən bir hərbçi kimi İsa Sadıxovu və digərlərini obyektiv olmağa və absurd fikirlər söyləməklə düşmənin təbliğat maşının istifadə vasitəsinə çevrilməməyə çağırıram.




Baxış sayı: 1 385
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031