FACT-INFO.AZ » SİYASƏT » Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib
14-03-2019, 20:50 | SİYASƏT
Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ziyafətdə iştirak edib.

Dövlətimizin başçısı ziyafətdə iştirak edən yüksək səviyyəli qonaqlarla görüşdü. Ziyafətdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, eləcə də sabiq dövlət və hökumət başçıları, tanınmış siyasi və ictimai xadimlər iştirak ediblər. Əvvəlcə xatirə şəkli çəkdirildi. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq yeddinci dəfədir baş tutur. “Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən budəfəki Forumda qlobal siyasətin dəyişməsində böyük güclərin rolu, davamlı inkişaf çağırışları, təhlükəsizlik naminə orta Şərq əməkdaşlığı, müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu və digər mühüm məsələlər müzakirə edilir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-FREYBERQA ziyafətdə çıxış edərək dedi:

- Zati-aliləri, cənab Prezident.

Prezidentin qonaqları, Zati-aliləri xanımlar və cənablar.

Biz VII Bakı Qlobal Forumuna yüksək notda başladıq. Bu Forum cənab Prezidentin himayədarlığı ilə keçirilir. Bugünkü Forumda cənab Prezidentin nitq söyləməsi bizə böyük şərəf vermişdir. Hesab edirəm ki, hamımız Azərbaycanda bizə göstərilən qonaqpərvərliyi yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanda əvvəllər heç vaxt olmayan sizlərin bir çoxu bunu böyük məmnunluqla kəşf etmisiniz. Lakin bu gün Bakı Forumunda yenidən iştirak etmək üçün Azərbaycana gələn çoxlu dostlarımız var. Prezident İlham Əliyevə cansağlığı, xoşbəxtlik, xalqının lideri kimi davamlı uğurlar arzu edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin komandası adından xüsusi minnətdarlıq əlaməti olaraq biz Prezidentə çox xüsusi bir hədiyyəni təqdim etmək istəyirik. Ukraynalı rəssam sizin də sevdiyiniz dahi şair Nizami Gəncəvinin “Xəmsə”sindən bir əsər yaratmışdır. İstərdik ki, bu hədiyyəni bizim bütün komandamız adından Sizə təqdim edək.

Hədiyyə dövlətimizin başçısına təqdim edildi.

Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış edərək dedi:

-Belə dəyərli hədiyyəyə görə çox sağ olun xanım Prezident, cənab Serageldin. Bir daha verdiyi töhfələrə görə həmsədrlərə, bizim inanılmaz həmsədrlərə, xanım Prezident Vike-Freyberqaya və cənab İsmayil Serageldinə təşəkkürümü bildirmək istəyirəm. Bu səhər bunun haqqında danışdım və hər gün bunun haqqında danışa bilərəm, çünki bu, həqiqətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir çox marağa səbəb olan, bir çox intellektualları cəlb edən aparıcı qlobal beynəlxalq təşkilata necə çevrilməsini görmək möhtəşəmdir. Bizim Forumumuzun intellektual səviyyəsi ildən-ilə artır. Bu tədbirdə lap əvvəldən iştirak edən insanlar kimi, biz əlbəttə ki, bunu söyləyə bilərik. Bu gün bu Forumun dünya xəritəsində çox mühüm yeri var və Forum hələ də inkişaf prosesini yaşayır. Bir neçə gün bundan əvvəl İdarə Heyətinin üzvləri ilə müzakirə etdiyimiz kimi, bu Forumun daha da genişlənmək potensialı var. Bu Forumun dinamizmi var, bu Forumun enerjisi var. Bu gün bizim aramızda olan gənc liderlər bu Foruma əlavə enerji verirlər. Bu zala daxil olmadan öncə dostlarımızla bu Forumun xüsusi özəlliyinin nədən ibarət olduğunu müzakirə edirdik. Mən dedim ki, Forumu həqiqətən cəlbedici və məhsuldar edən panellərdə çox qızğın diskussiyaların aparılmasına, fikirlərin toqquşmasına, fikir ayrılıqlarına baxmayaraq, biz, eyni zamanda, birliyi də görürük. Biz kollektiv işi görürük. Forumda müntəzəm iştirak edən insanlar, dövlət başçıları, sabiq dövlət başçıları var. Eyni zamanda, Azərbaycana ilk dəfə səfər edən yeni dostlarımız var. Hesab edirəm ki, bu birlik ruhu Forumumuzun ən əsas özəlliklərindən biridir. Əminəm ki, Azərbaycana ilk dəfə səfər edənlər ölkəmizə yenidən qayıtmağı qərarlaşdıracaqlar. Biz həmişə yeni dostları görməyə və köhnə dostlarımızı qarşılamağa şadıq. Beləliklə, hamınıza uğurlar arzulayıram. Bizimlə bir arada olduğunuz üçün çox sağ olun. Forum həmişə bizim hamımız üçün dinamik, intellektual bir platforma olacaq. Çox sağ olun.

Yeddinci Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətdə Azərbaycanın incəsənət ustalarının ifasında konsert proqramı təqdim olundu.

Xatırladaq ki, Qlobal Bakı Forumu artıq ənənəvi mötəbər tədbirə çevrilib. Bir çox mühüm beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə toplayan Azərbaycan Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi edir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından da vacib əhəmiyyət daşıyır.




Baxış sayı: 1 354
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031