Azərbaycan, Türkiyə və Gürcüstandan olan bir qrup Qeyri-Hökumət Təşkilatının təşəbbüsü ilə İşğala və Qondarma “Erməni soyqırımı” İddialarına qarşı Beynəlxalq Qarabağ Koalisiyanın (ad hələlik şərtidir, yekun variant təsisçilərin toplantısında müəyyən ediləcəkdir) yaradılması ilə bağlı qərar verilib. Məsləhətləşmələr iki aydır davam edir. Bu gün Koalisiyaya Azərbaycandan qoşulacaq QHT rəhbərlərinin toplantısı keçirilib.
Koalisiyaya Azərbaycandan Akif Nağı, İsmayıl Ağayev, Akif Kərimov, Mustafa Əliyev, Sultan Əzimzadə, Tənzilə Rüstəmxanlı, Mehdi Mehdiyev, Araz Aslanlı, Nəsimi Qarabağlı, Vüqar Qədirov, Emin Həsənli, Anar Xəlilov, Əkrəm Bəydəmirli, Faiq İsmayılov, Radə Abbas, Mətanət Əsgərqızı, Azər Həsrət, Mehriban Abdullayeva, Tahirə Məmmədova, Əkbər Qoşalı, Vüqar Zifəroğlu, Füruzə Əsədullayeva, Roza Əliqızı, Üzeyir Cəfərov, İradə Polad, Almaz Zeynalova, İradə Rzazadə, Əziz Ələkbərli, Kərim Kərimli, Naibə Behbudova, Türkiyədən Göksəl Gülbəy, Gürsel Özdemir, Bilal Dündar, Mehmet Öztürk, Ərhan Hacıqasımoğlu, Mühsün Ağçay, Uslan Vəziroğlu, İrfan Ermiş, Gürcüstandan Əli Babayev, Elbrus Məmmədov, Sabir Mehdiyev və digərləri qoşulur. Tam siyahı hələ dəqiqləşdirilməyib.
Koalisiyanın təsis toplantısının 2015-ci il dekabrın 29-da Bakı şəhərində keçirilməsi nəzərdə tutulur. Koalisiyanın yaradılmasında məqsəd Qarabağ həqiqətlərinin təbliği, qondarma “erməni soyqırımı” iddialarının ifşası, regiondakı münaqişələrin ədalətli həllinə ictimai dəstək verməkdən ibarətdir.
Fact-info.az
Baxış sayı: 2 545
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

