FACT-INFO.AZ » SİYASƏT » Dmitri Savelyev Dövlət Dumasının deputatı Konstantin Zatulinin fikirlərinə münasibətini bildirib
8-03-2019, 10:40 | SİYASƏT
Dmitri Savelyev Dövlət Dumasının deputatı Konstantin Zatulinin fikirlərinə münasibətini bildirib

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Dövlət Dumasının deputatı Konstantin Zatulinin Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə Rusiya deputatlarının iştirakı barədə fikirlərinə münasibətini bildirib. AZƏRTAC xəbər verir ki, D.Savelyevin sözlərinə görə, rusiyalı deputatlar Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə həsr olunmuş “Ortaq gələcəyin qurulması, ortaq keçmişin axtarışı və ortaq bu günün inkişafı” mövzusunda ənənəvi konfransda iştirak etmək üçün Bakıya dəvət ediliblər. Ertəsi gün Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşü keçirilib.

D.Savelyev deyib: “Bu, rəsmi dövlət tədbiridir. Mən fəxr edirəm ki, matəm mərasimində Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevlə bir sırada addımlamışam. O, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi üçün maksimum səy göstərir. Biz Xocalı faciəsinin simvolu olan “Ana harayı” abidəsinin qarşısına çiçəklər qoyduq. Mərasim iştirakçıları üzərində “Xocalını unutmayın!” və “Xocalıya ədalət!” sözləri yazılmış transparantlar aparırdılar. Cənab Zatulin bu şüarlarımı ermənilər əleyhinə şüarlar hesab edir?”.

Deputat vurğulayıb: “Mən və həmkarlarım Xocalı faciəsini dəhşətli cinayət hesab edirik, axı, Xocalıda həlak olmuş hər bir uşaqla Azərbaycanın gələcəyinin bir parçası məhv edilib. Bir çox ekspertlər kimi mən də düşünürəm ki, Xocalı qırğınında soyqırımının bütün əlamətləri var. Mən həm KİV-lərdə, həm də Dövlət Dumasında dəfələrlə bu barədə danışmışam. Özü də belə düşünən tək mən deyiləm. Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin müavini İrina Rodninanın sözlərini misal çəkmək istəyirəm. O deyib: “Xocalıdakı hadisələr təkcə Azərbaycan xalqının faciəsi hesab edilməməlidir, eyni zamanda, Rusiyadan və başqa ölkələrdən olan insanlar tərəfindən başa düşülməlidir”. Mən Xocalıdakı hadisələrin cinayət olduğunu dünya ölkələrinin bir-birinin ardınca necə etiraf etdiklərini görürəm və bunu qanunauyğun hal hesab edirəm: ədalət gec-tez zəfər çalmalıdır. Bu faciədə günahı olanlar isə müttəhimlər kürsüsündə oturacaqlar”.

Dövlət Dumasının deputatı “çox dərəcə qəribə hadisələrlə əlaqədar“ Konstantin Zatulinə qarşılıqlı suallarla müraciət edib: “Mən “Lazarev klubu”nun bilavasitə cənab Zatulinin iştirakı ilə keçirilən iclasını nəzərdə tuturam. Ora Azərbaycanın işğal edilmiş ərazisindəki separatçı qurumdan özünü klub üzvlərinə “Qondarma Arsax respublikasının iqtisadiyyat və istehsalat infrastrukturu naziri” kimi təqdim edən bir şəxs gəlib. Mənə deyin görüm ki, belə hərəkətlər Dağlıq Qarabağ münaqişəsində Rusiyanın vasitəçilik funksiyasına nə dərəcədə uyğun gəlir? Bu hərəkətləri dövlətimizin Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə dəfələrlə verdiyi bəyanatlarla necə əlaqələndirmək olar? Bunlar Rusiya-Ermənistan əməkdaşlığı barədə şüarlar pərdəsi altında Rusiya ilə Azərbaycan arasında nifaq salmaq cəhdləri deyilmi?”.




Baxış sayı: 1 348
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031