Azərbaycan və ATƏT müxtəlif məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in hazırkı sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçakla görüşü ilə bağlı mətbuat konfransında deyib.
Nazir bildirib ki, hər kəs Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyir: “Biz daim münaqişənin həll yollarının tapılması üçün müzakirələr aparırıq”. E.Məmmədyarov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə dəfə Ermənistanın baş naziri ilə görüşü olub. Nazirlər səviyyəsində də dörd görüş baş tutub. Nazir vurğulayıb ki, ATƏT Minsk qrupunun həmsədrləri münaqişə ilə bağlı status-kvonun qorunub saxlanmasını qəbuledilməz hesab edir.
Baxış sayı: 1 169
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

