FACT-INFO.AZ » SİYASƏT » “Bakı-Tbilisi-Qars dəmir yolu həm də qitələri birləşdirəcək” – Məmmədyarov
4-03-2019, 19:55 | SİYASƏT
“Bakı-Tbilisi-Qars dəmir yolu həm də qitələri birləşdirəcək” – Məmmədyarov

Qeyd edək ki, iclas Rımıniyanın paytaxtı Buxarestdə keçirilib. Nazirin çıxışını təqdim edirik: “Hörmətli həmkarlar,

Zati-aliləri,

Xanımlar və cənablar, Əvvəla, bütün iştirakçıları salamlayaraq, "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"na (CSBS) həsr olunmuş bu xüsusi görüşün mükəmməl təşkili üçün ev sahiblərinə səmimi minnətdarlığımı çatdırmaq istərdim. İnanıram ki, onun nəticələri nəqliyyat, tranzit və logistika sahəsində ölkələrimiz və digər maraqlı tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verə bilər. Məlum olduğu kimi, Rumıniya və Türkmənistan tərəfindən irəli sürülən CSBS ideyası ötən il Aşqabadda mütəxəssislərimiz tərəfindən ilkin olaraq müzakirə olundu və indi burada, Buxarestdə məsələ ilə bağlı nazirlər səviyyəsində fikir mübadiləsi aparmaq fürsətimiz var. Ölkələrimizin əhatə etdiyi region müstəsna geostrateji əhəmiyyətə malikdir. O, təbii şəkildə Avropa və Asiya arasında körpü təşkil edərək, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən mühüm nəqliyyat qovşağıdır. Bu gün ölkələrimiz arasında yeni bir əməkdaşlıq istiqaməti yaratmaq niyyətimizi dəstəkləmək üçün burada toplandıq. Əməkdaşlığımızın təməlində ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına qarşılıqlı dəstək prinsipi durur.

Əlbəttə ki, iqtisadi cəhətdən gerçəkləşdirilə bilən nəqliyyat infrastrukturunun inkişafı həmişə ticarət həcmlərinin artmasında böyük rol oynamışdır və bu da öz növbəsində, ümumi ikitərəfli və çoxtərəfli münasibətlərin təşviqinə sürətləndirici təsir göstərir. Bunu nəzərə alaraq, Azərbaycan həmişə regionda qarşılıqlı əlaqələrin yaradılmasına güclü dəstək göstərib və Şərq-Qərb, Şimal-Cənub, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizlərini təbliğ etməklə regionun tranzit potensialını artırmaq üçün səylərini əsirgəməyib.

Bu baxımdan, 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu yalnız iştirakçı ölkələri deyil, həm də qitələri birləşdirəcək. Bununla yanaşı, Azərbaycanın Ələt şəhərində yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun Beynəlxalq Logistik Mərkəzinin tikintisi, eləcə də Azad İqtisadi Zonanın yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini və regionun ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır. Biz, həmçinin Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) üzrə indikativ İnvestisiya Fəaliyyət Planına dair Aİ-nin nəşrini və Şərq-Qərb dəhlizinin həm avtomobil, həm də dəmir yolundan ibarət Azərbaycan hissəsinin TEN-T-in əsas şəbəkələrinə daxil edilməsini alqışlayırıq. Bu, iki həftə bundan əvvəl Bakıda müvəffəqiyyətlə başlanan Aİ ilə nəqliyyat dialoqunu daha da gücləndirmək üçün möhkəm bir platformanı təmin edə bilər. Eyni zamanda, nəzərə alınmaması qeyri-mümkün olan bəzi məsələlər var. Rumıniya bizim üçün Aİ bazarına coğrafi darvazalardan biridir, ancaq CSBS marşrutunun reallaşdırılması ilə bu darvazanın fəal işlək vəziyyətə gətiriləcəyinə inanıram. Bilavasitə qonşularımıza gəldikdə, Türkmənistan bizə Mərkəzi Asiyaya, daha sonra isə Uzaq Şərqə çıxışı təmin edir, Gürcüstan da bizim üçün Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizlərinə vacib bağlantıdır, habelə Qara dənizə giriş nöqtəsidir. Sözügedən ümidverici perspektivlər və bu təşəbbüsün verə biləcəyi geoiqtisadi faydaya istinad edərək, mən yenə də geniş bölgədə daha bir rəqabətli bağlantı olmasına yönəldilmiş "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun dördtərəfli əməkdaşlıq şəklində inkişafına Azərbaycanın dəstək verdiyini təsdiqləmək və bu prosesə fəal töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim.

Şübhə etmirik ki, dördtərəfli işçi qrupunun yaradılması və ekspertlərimiz tərəfindən yol xəritəsinin işlənib-hazırlanması nəticədə bizi, CSBS-nin sürətlə həyata keçirilməsini və tədricən onun səmərəli istismarını təmin etmək məqsədi ilə, çoxtərəfli razılaşmaya gətirib çıxaracaqdır. Sözlərimi bitirərək, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, onların iqtisadiyyatlarının daha canlı olmasında və çiçəklənməsində təşviqedici rol oynayacaq CSBS marşrutunun reallaşdırılması üçün gələcək səylərimizə uğurlar diləmək istərdim. (Modern.az)




Baxış sayı: 1 175
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031