FACT-INFO.AZ » SİYASƏT » “İşğal altındakı ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib” – Elmar Məmmədyarov
2-03-2019, 09:20 | SİYASƏT
“İşğal altındakı ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib” – Elmar Məmmədyarov

“Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi edərkən, Azərbaycan hələ də Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir. Bu təcavüz nəticəsində ölkəmin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonu işğal olunub; təxminən 1 milyon azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkünə çevrilib; Ermənistanın işğalı altında olan ərazilərimizdə çoxsaylı tarixi, mədəni və dini abidələr məhv edilib”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, yarandığı son beş onillik ərzində İƏT İslam dünyasının tək çoxtərəfli qurumu kimi, dünyada sülh və təhlükəsizliyin qorunması üzrə beynəlxalq ictimaiyyətin strateji tərəfdaşına çevrilib: "Bu gün təşkilatımız hələ də üzv ölkələrin birliyi, bütövlüyü və suverenliyini təhdid edən görünməmiş daxili və xarici təhdidlərlə üzləşir". E.Məmmədyarov qeyd edib ki, coğrafiyamızın bir çox yerində, xüsusən də İraq, Suriya, Yəmən, Liviya, Əfqanıstanda davam edən silahlı münaqişələr və terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir: "Buna görə də coğrafiyamızdakı münaqişələrin sülh və qardaşlıq yolu ilə həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına, islamofobiyaya qarşı mübarizəyə yönələn birgə səylərimiz çox vacibdir. Bu baxımdan Azərbaycan İƏT-də təşkilatın ümumi səmərəliliyinin artırılması məqsədini güdən, xüsusilə münaqişələrin həllində vasitəçilik imkanlarının gücləndirilməsi məqsədini güdən islahatlar prosesinə böyük əhəmiyyət verir. Azərbaycan təşkilatın kollektiv yanaşması və birgə strategiyasına sadiq qalaraq, üzvü olduğu müxtəlif İƏT Təmas qrupları, o cümlədən Fələstin, Cammu və Kəşmir, Somali və Avropada müsəlman azlıqları, vasitəsilə münaqişələrin sülh yolu ilə həlli istiqamətində üzv dövlətlərlə işləməyə davam edəcəkdir. Bu baxımdan biz bütün üzv dövlətləri kollektiv yanaşma və İslam həmrəyliyi prinsiplərinin həyata keçirilməsində səylərini əsirgəməməyə çağırırıq". Nazir vurğulayıb ki, İƏT-in mövcudluğunun ana xəttini təşkil edən Fələstin məsələsi belə bir kollektiv yanaşma tələb edən məsələdir: "Azərbaycan bu məsələnin ədalətli və dayanıqlı həlli üçün tam həmrəyliyini və davamlı dəstəyini bir daha təsdiq edir və Fələstin münaqişəsinin Fələstin Dövlətinin paytaxtı Şərqi Qüds olmaqla “iki dövlət” prinsipinə əsasən həllini dəstəkləyir. Bu məqsədə sadiq qalan Azərbaycan Fələstin hökumətini onun beynəlxalq aləmdə siyasi və hüquqi statusunu, eləcə də BMT-nin tamhüquqlu üzvlüyünü əldə etmək hüququnu möhkəmləndirəcək "G77 və Çin qrupu"nda rəsmi sədrliyə başlaması münasibətiləı təbrik edir. Ötən il Azərbaycan Qoşulmama Hərəkatının (NAM) 18-ci Aralıq Nazirlər Toplantısı çərçivəsində Fələstinə dair Qoşulmama Hərəkatının Nazirlər Komitəsinə ev sahibliyi etmişdir. Bakı Yekun Bəyannaməsi Fələstində zorakılığın tamamilə dayandırılması üçün ciddi kollektiv səylərə çağırışı bir daha bəyan etdi. 2018-ci ilin noyabrında Azərbaycan Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etdi və bununla Fələstin hökumətinin imkanlarının qurulmasına töhfə verdi. Humanitar istiqamətdə Fələstin xalqına yardıma gəldikdə isə Azərbaycan ötən ilin oktyabr ayında BMT-nın Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları ayırmışdır. Bu təşkilatı əmin etmək istərdim ki, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Fələstində sülhə, eləcə də bütövlükdə İslam ölkələrində sülh, təhlükəsizlik və inkişafa daha da töhfə verilməsi üçün səylərini əsirgəməyəcəkdir". E.Məmmədyarov təəssüflə qeyd edib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri işğal olunmuş torpaqların azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticələrinə gətirib çıxarmayıb: “Danışıqların bu qəti nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, habelə İƏT-in qətnamələrində, ATƏT-in, Avropa İttifaqının və münaqişə mövzusu ilə məşğul olan demək olar ki, hər bir beynəlxalq təşkilatın müvafiq sənədlərində təsbit olunmuşdur". Nazir əlavə edib ki, bütün bu çağırışlara və münaqişənin sülh yolu ilə həlli üzrə bütün səylərimizə baxmayaraq, Ermənistan işğalın nəticələrini möhkəmləndirmək məqsədilə işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi, tarixi və İslam irsinin məhv edilməsi siyasətini davam etdirir; demək olar ki, hər gün atəşkəsi pozur, azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürür və yaralayır: "İƏT-ə üzv ölkələrin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İƏT Xarici İşlər Nazirlərinin qətnamələrində əks olunmuş ədalətli mövqeyini yüksək qiymətləndirirəm. Eyni zamanda, bu ədalətli mövqeyin və bu çox hörmətli qurum çərçivəsində nümayiş etdirilmiş həmrəyliyin təcavüzkar dövlətə münasibətdə ikitərəfli əsasda, eləcə də beynəlxalq forumlarda ifadə olmasına çağırıram. İşğal siyasətini təşviq etmək və bu təşkilatın həmrəyliyini pozmaq üçün Ermənistanın beynəlxalq mədəni, dil birliyinə əsaslanan və ya humanitar forumlardan sui-istifadə etmək cəhdləri bizim birgə mövqeyimizlə cavablandırılmalıdır. Ermənistanın bəzi üzv ölkələri iqtisadi və mədəni əməkdaşlığa cəlb etmək cəhdləri, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin turistik bölgə kimi və ya işğal olunmuş ərazilərdəki mirası məhv etdiyi bir halda öz ərazisində güya ki, qorunan “İslam Mirası”nın təşviqi, işğalın legitimləşdirilməsi və işğalçının gücləndirilməsi siyasətindən başqa bir şey deyildir. Üzv ölkələri bundan çəkinməyə çağırırıq. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT “Təmas Qrupu”nun 2016-cı ildə Nyu-Yorkda keçirilmiş illik görüşlərini yüksək qiymətləndirərək, bu xüsusda İƏT-in baş katibinə və üzvlərinə minnətdarlığımızı ifadə edərək, bütün qrup üzvlərini İƏT-in Ermənistan-Azərbaycan münaqişəsinə dair qərar və qətnamələrinin yerinə yetirilməsini praktiki fəaliyyətləri ilə dəstəkləməyə və Ermənistanı İƏT-in müvafiq sənədlərinə riayət etməsinə məcbur etmək üçün müvafiq tədbirlərin görülməsini təmin etməyə çağırırıq".

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə həmrəyliyimizi möhkəmləndirmək və kollektiv səsimizi ucaltmaq məqsədi ilə İƏT institutlarının fəaliyyətini yüksək qiymətləndirir: "Bu xüsusda, mən beynəlxalq hüququn ciddi pozulması halı olan və Azərbaycanın ətraf əraziləri üçün ekoloji fəlakət yaratmağı nəzərdə tutan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki Sərsəng su anbarından yeni bir kanalın tikintisinin pislənməsi barədə İSESKO tərəfindən qəbul edilmiş qətnaməni xüsusi vurğulamaq istərdim". Nazir vurğulayıb ki, biz 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki azərbaycanlılara qarşı soyqırımı haqqında dünyada məlumatlılığın artırılmasına hədəflənmiş "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində həyata keçiriliən İslam Konfransı Gənclər Forumu tərəfindən "Xocalı qırğını qurbanları ilə həmrəylik" qətnaməsinin icrasına üzvlər tərəfindən nümayiş etdirilən həmrəyliyi yüksək qiymətləndiririk: "Mən, həmçinin çətinliklər və təbii fəlakətlər zamanı, məsələn Azərbaycanın da töhfə verdiyi 2018-ci ildə İndoneziya zəlzələsindən sonra İƏT-ın humanitar yardımı kimi, həmrəyliyimizin əhəmiyyətini vurğulamaq istəyirəm. Bizim həmrəyliyimiz, həmçinin çox vacib olan qlobal mədəniyyətlərarası dialoqun gücləndirilməsində və xarici düşmənçilik, irqçilik, nifrət çıxışları və İslamofobiya təhlükələrinə qarşı mübarizədə də nümayiş etdirilməlidir. Bu xüsusda, mən 2008-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı prosesi"nin əsas hissəsi olan, 2019-cu ilin may ayında Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda üzv dövlətləri fəal şəkildə iştirak etməyə çağırıram. İƏT, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO kimi nüfuzlu beynəlxalq tərəfdaşlar tərəfindən dəstəklənən proses dayanıqlı sülhün və inklüziv inkişafın təmin edilməsi üçün mədəniyyətlərarası dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədini güdür".

E.Məmmədyarov bildirib ki, qədim Azərbaycan şəhəri olan və İslam mədəniyyətinin paytaxtı adlanan Naxçıvan 2018-ci ildə mədəniyyət əlaqələrimizin daha da zənginləşdirilməsinə töhfə verən müxtəlif mədəniyyət proqramlarına ev sahibliyi etmişdir: "Bu il Azərbaycanda ilk İƏT Mədəniyyət Həftəsi və ölkələrimizin gənc istedadlarını və yaradıcılığını dəstəkləyən klassik musiqi ifaçılarının Səkkizinci Beynəlxalq Müsabiqəsinə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.

Azərbaycan İslam Konfransı Gənclər Forumunun və Azərbaycan hökuməti tərəfindən Bakıda ev sahibliyi edilən Avrasiya Regional Mərkəzinin fəaliyyətini dəstəkləyir və Gənclər və İdman Nazirlər Şurasında sədrliyimiz dövründə biz gənclərə və idmanın inkişafına praktiki səviyyədə töhfəmizi davam etdirəcəyik. Bu sədrlik dövründə Azərbaycan tərəfindən İslam ölkələri arasında gənclər və idman fəaliyyəti vasitəsi ilə dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə Gənclər üçün nəzərdə tutulan 2-ci İcraçı Model İƏT oyunları, İslam ölkələrinin gənc sahibkarlar şəbəkəsinə ev sahibliyi ediləcəkdir. Biz həmçinin iştirakçıları İƏT-in xüsusiləşdirilmiş orqanı olan və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, “IƏT 2025 Fəliyyət proqramı”nın mühüm məqsədi olan ölkələrimizin istehsal qüvvələri və iqtisadi artımını dəstəkləmək məqsədilə yaradılmış və İƏT Əmək Mərkəzinin təsis olunmasının ratifikasiya prosesini yekunlaşdırmağa dəvət edirik".(Modern.az)




Baxış sayı: 1 343
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031