Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, məqalənin girişində Beynəlxalq Strateji Araşdırmalar İnstitutuna istinadla hazırda dünyada 41 silahlı münaqişənin olduğu qeyd olunur. Qafqaz regionunda baş vermiş münaqişələrə toxunan müəllif, Xocalı soyqırımının ən dəhşətli faciələrdən olduğunu, o hadisələri düşünərkən, ilk növbədə, insanlığa qarşı vəhşilik və amansızlığın xatırlandığını yazır. Məqalədə Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibədə, xüsusən Xocalı faciəsi zamanı qətlə yetirilmiş, yaralanmış, girov götürülmüş və itkin düşmüş insanlardan bəhs olunur.
Bildirilir ki, “Soyuq müharibə“ başa çatdıqdan sonra siyasətçi, diplomat və konfliktoloqlar dinc yolla münaqişələrin həlli, sülh və əmin-amanlığın bərqərar olması, silahlardan imtina, savaş yerinə anlaşma kimi anlayışları tez-tez işlədirdilər: “Bəs indi? Əmin-amanlığın hökm sürdüyü dünya haqqında ümidlər qəti şəkildə puça çıxdı, yoxsa xülyayamı çevrildi?”. Məqalədə, həmçinin qeyd edilir: “Dağlıq Qarabağ münaqişəsi unudula bilməz. Münaqişənin sülh yolu ilə həlli bütün regionda müsbət iqtisadi və ictimai impulsların yaranmasına səbəb olar. Həm İsveçrə, həm də ümumilikdə Avropa Cənubi Qafqazda sabitliyin hakim olmasında maraqlıdır”.
Baxış sayı: 1 289
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

