Ermənistan hakimiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hər hansı müsbət mövqe nümayiş etdirmir. Bu fikri AZƏRTAC-a açıqlamasında “Penta” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, ukraynalı politoloq Vladimir Fesenko söyləyib. Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti, baş nazir N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət bəyanat verməyib. “Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı güzəştə gedəcəyini görmürəm. O Ermənistanın siyasi kursunun dəyişməyəcəyini də bəyan edib. Ola bilsin ki, perspektivdə Paşinyanın mövqeyində dəyişiklik olsun. Əgər o Ermənistanın daxili siyasətində uğur qazana bilsə, ola bilər, münaqişənin həllində də hansısa mövqe ortaya qoysun”, - deyə Fesenko əlavə edib. Politoloq bildirib ki, regionda sülhün əldə olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli önəmlidir.
Baxış sayı: 1 301
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

