FACT-INFO.AZ » SİYASƏT » "Azərbaycan və Rusiya arasında etimad səviyyəsi bütün səviyyələrdə çox yüksəkdir"
6-02-2019, 09:00 | SİYASƏT
"Azərbaycan və Rusiya arasında etimad səviyyəsi bütün səviyyələrdə çox yüksəkdir"

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü zamanı bildirib. Prezident İlham Əliyev deyib: "Zati aliləri, Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Mən Sizi yenidən görməyimə çox şadam. Fürsətdən istifadə edərək, ilk növbədə, Sizi patriarx tacqoyma mərasiminin 10 illiyi münasibətilə təbrik etmək istərdim. Mənə çox xoşdur ki, Siz bu əlamətdar hadisədən az sonra bizim ölkəmizə səfər etmisiniz. Biz bunu Azərbaycana hörmət əlaməti hesab edirik. Həmçinin Sizə demək istəyirəm ki, Azərbaycanda Sizə, Sizin fəaliyyətinizə böyük hörmətlə yanaşırlar. Sizi Azərbaycanda tanıyırlar. Siz ilk dəfə deyil ki, bizim ölkəmizə gəlirsiniz. Sizə dərin hörmət bəsləyirlər. Dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində Sizin rolunuz bütün dünyada, o cümlədən bizim ölkəmizdə çox yüksək qiymətləndirilir. Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik. Əlbəttə, bir daha qeyd etmək istərdim ki, Sizin bütün fəaliyyətiniz öz xalqınıza xidmət işinə yönəlib. Həmçinin qeyd etmək istərdim ki, Sizin sözləriniz, dərin biliklərə, prinsipial mövqeyə əsaslanan müdrik sözləriniz gənclərin ənənəvi dəyərlər ruhunda tərbiyə edilməsində çox mühüm rol oynayır. Əlbəttə, bizim üçün çox xoşdur ki, Siz bizim ölkəyə çox xeyirxah münasibət bəsləyirsiniz. Artıq qeyd etdiyim kimi, Siz ilk dəfə deyil ki, Azərbaycana gəlirsiniz və Sizin budəfəki səfəriniz də münasibətlərimizin - həm dinlərarası əməkdaşlıq sahəsində, həm də bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Bizdə qarşılıqlı etimad səviyyəsi prezidentlərdən başlamış adi vətəndaşlara qədər bütün səviyyələrdə çox yüksəkdir".

Azərbaycan Prezidenti qeyd edib ki, keçən il rekord sayda – 900 minə yaxın rusiyalı Azərbaycana səfər edib: "Bu, onu göstərir ki, insanlar və ölkələr arasında münasibətlər ən yüksək səviyyədədir. Ona görə ki, onlar özlərini evdəki kimi hiss edir, buraya yaxşı niyyətlərlə gəlir və burada onlara doğma münasibət bəsləyirlər.

Həmçinin qeyd etmək istərdim ki, keçən il Rusiya və Azərbaycan prezidentləri arasında altı görüş olub. Düşünürəm ki, bu da bizim münasibətlərimizin mahiyyətini və xarakterini, yaxınlığımızı əks etdirən rekord göstəricidir. Əlbəttə, Vladimir Vladimiroviçin Azərbaycana səfəri və mənim Rusiyaya səfərim bizim münasibətlərimizin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayıb. Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir. Buna görə də biz dövlətlərarası münasibətlərin bütün palitrasına nəzər salanda, əlbəttə, müsbət dinamika görürük. Bu baxımdan, Sizin bugünkü səfəriniz xüsusi rol oynayır. Ölkəmizə səfər etdiyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək və nəcib işimizdə uğurlar arzu etmək istərdim".




Baxış sayı: 1 239
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031