FACT-INFO.AZ » SİYASƏT » Qafqazın din xadimləri Prezidenti İlham Əliyevə müraciət ediblər
5-02-2019, 09:05 | SİYASƏT
Qafqazın din xadimləri Prezidenti İlham Əliyevə müraciət ediblər

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri: Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayil Berdiyev, Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Salax Mejiyev, Rusiya Federasiyası Dağıstan Respublikasının müftisi Əhməd Abdullayev, Rusiya Federasiyası Kabardino-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Rusiya Federasiyası Şimali Osetiya (Alaniya) Respublikasının müftisi Hacımurad Qatsalov, Rusiya Federasiyası Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Rusiya Federasiyası Adıgey Respublikası və Krasnodar diyarının müftisi Askarbiy Kardanov, Rusiya Federasiyası Stavropol diyarının müftisi Muhammad Raximov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

Bu barədə Trend Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir. Müraciətdə deyilir: "Möhtərəm cənab Prezident. Qafqaz xalqları Ali Dini Şurasının və bölgə dindarlarının, dini icma və konfessiya rəhbərlərinin arzu və iradəsini ifadə edərək Sizə - Azərbaycan xalqının ləyaqətli oğluna və dünyanın tanınmış siyasi xadiminə salamlarımızı və təşəkkürlərimizi ünvanlamaqdan qürur duyuruq. Bu təşəkkür borcumuz Zati-alinizin şəxsi yardımı sayəsində yenidən bərpa olunmuş Vladiqafqaz Cümə məscidi dindarları, bütün Osetiya-Alaniya xalqının son günlərdə yaşadığı böyük sevinc və minnətdarlığın təzahürüdür. Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin müraciətinə olan yüksək diqqəti, Sizin milli-mədəni dəyərlərə verdiyiniz önəmi, yalnız Azərbaycanda deyil, dünyanın bir çox nöqtələrində ümumbəşəri, dini-mənəvi irsə qayğı və himayənizi yüksək qiymətləndirir, bununla bağlı bölgə dindarlarının ümumi minnətdarlıqlarını Zati-alinizə yetirmək məsuliyyətindən şərəf hissi keçiririk.

Zati-aliləri, Sizin multikulturalizm ideyasının fəal təbliğinə xidmət edən, qlobal miqyasda dəyər kəsb edən humanitar təşəbbüsləriniz bəşəriyyətin ümumi inkişafına, sülh və dinc birgəyaşayış amallarına xidmət edir. Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, Beynəlxalq Humanitar forumlar, Mədəniyyətlərarası Dialoq forumları keçirərək Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir. Uca Allahın bəyəndiyi multikultural həyat tərzini yaşayan və təbliğ edən cəmiyyətin O Bir Olan Yaradanımızın nəzərində dəyəri yüksəkdir. Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsi, multikultural, milli, dini tolerantlıq ənənələri müdrik siyasət nümunəsi kimi təkcə Qafqaz bölgəsində deyil, bütün beynəlxalq aləmdə örnək olaraq dəyərləndirilir. Bu siyasətin təməli Qafqaz xalqlarının mənəvi lideri, ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-alinizin səyləri ilə uğurla davam etdirilir.

Zati-aliləri, Sizin maddi-mənəvi yardımınız sayəsində yenidən bərpa edilən 110 illik tarixə malik Vladiqafqaz məscidi təkcə Şimali Osetiya-Alaniya Respublikasının deyil, bütün Qafqazda İslam mədəni irsinin əsas simvollarından biri hesab edilir. Maddi sərvətləri ilə yanaşı, mənən zəngin insan - Azərbaycan xalqının oğlu Murtuza Muxtarovun sayəsində ucalan bu məscid bölgədəki müsəlman icmasının cümə məscidi olmaqla yanaşı, Şimali Osetiyanın mədəni-mənəvi mərkəzi olaraq tanınıb. Zati-alinizin mənəvi irsimizə sahib çıxaraq, 1996-cı ildə terrorçular tərəfindən törədilən partlayış zamanı xeyli zərər görmüş Muxtarov məscidini bərpa etdirməsi İslam həmrəyliyinin bariz nümunəsi olaraq, müqəddəs dinimizə olan dərin ehtiramın təzahürü və Allah Nəzərində savab əməldir. Qurani-Kərimdə buyurulduğu kimi, “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən... və Allahdan başqa heç kəsdən qorxmayanlar inşa edə bilərlər. Məhz onlar doğru yola yetişənlərdəndir!” (Tövbə, 18).

Bu gün sayənizdə yeni həyat qazanmış Muxtarov məscidi Vladiqafqaz şəhərinin gözəl rəmzi, Şərq memarlığının nadir incisi, mənəvi vəhdət rəmzi, xalqlar arasında dostluq abidəsi, Şimali Osetiya müsəlmanlarının əsas ibadətgah yeri olmaqla yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin böyük humanistliyinin, mesenatlığının bariz nümunəsidir. Zati-aliləri, biz, Qafqazın din xadimləri, Sizin hər zaman xüsusi önəm verdiyiniz və şəxsən dəstəklədiyiniz dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyuruq. Zati-alinizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində dünyanın ən müxtəlif məkanlarında tikilən, bərpa edilən mədəni-mənəvi məbədlər ümumbəşəri irsə dəyərli töhfələrdir. Sizin əməli addımlarınız və qlobal əhəmiyyətli təşəbbüsləriniz sayəsində əminik ki, bizim hər zaman təbliğ etdiyimiz və dünyaya multikulturalizmin bariz nümunəsi kimi təqdim olunan Azərbaycan modeli sivilizasiyalararası dialoqun inkişafına, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini verəcəkdir.

Zati-aliləri, fürsətdən istifadə edərək, böyük ehtiram hissi ilə Sizə və ailənizə uzun ömür, cansağlığı, şərəfli fəaliyyətinizə uğurlar arzulayırıq. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Zati-alinizin Azərbaycan xalqının daha xoşbəxt gələcəyi, Qafqaz bölgəsinin ümumi mənafeləri, habelə bəşəriyyətin sabitlik və inkişafı üçün önəm kəsb edən fəaliyyətini hər zaman bəyənir və dəstəkləyirik. Ümidvarıq ki, bütün münaqişə bölgələrinin, o cümlədən əzəli Azərbaycan torpağı olan Qarabağın problemi tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Əminik ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya miqyasında daha böyük uğurlara imza atacaq, Zati-alinizin təkcə Azərbaycan deyil, bütün Qafqaz xalqlarının mənafeyinə xidmət edən səyləri zəfərlə davam edəcəkdir. Bu, bizim bölgə dindarları və din xadimləri olaraq Sizin üçün dualarımızdır! Uca Yaradan hər zaman yardımçınız olsun! Amin!"




Baxış sayı: 1 460
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031