O, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu yazıb. İsveçrəli oxuculara Nəsimini təqdim edən müəllif şairin orta əsrlərdə Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya gəldiyini bildirir. Vurğulayır ki, Nəsiminin ana dilində yaratdığı ədəbi irsi 20 min beytdən çoxdur. Məqalədə Nəsiminin ədəbi-fəlsəfi görüşü, yaşadığı dövr üçün olduqca mütərəqqi humanist düşüncələri və mühafizəkarlar tərəfindən təqib olunması barədə fikirlər yer alıb. Qeyd edilir ki, Nəsimini mövcud sistemə qarşı təhlükə hesab edən dini təbəqənin fitvası ilə şair edam olunub. Lakin bu, Nəsiminin daha da tanınmasına, ideya və əsərlərinin müxtəlif ölkələrə yayılmasına əngəl olmayıb. Onun şeirləri, fəlsəfi ideya və dünyagörüşü insanları ortaq dəyərlər və sülh naminə birləşməyə səsləyir və bu gün də aktualdır.
Baxış sayı: 1 367
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

