Onun sözlərinə görə, erməni separatçısı Mixail Avaqyan təkcə Azərbaycan xalqının yox, həm də gürcü xalqının düşmənidir, ona görə də bu addım Gürcüstan və Azərbaycana qarşı yönəlib:
“Gürcüstan ərazisində baş vermiş bu hadisə xalqlarımızı bir-birinə qarşı qoymaq məqsədi daşıyır. Hesab edirəm ki, heykəlin quraşdırılması üçün Axalkalaki meri məsuliyyət daşıyır. Çünki mən əminəm ki, bu fakt barədə Gürcüstanın baş naziri və xarici işlər naziri məlumatlandırılmayıb. Fikrimcə, Gürcüstan rəhbərliyi bu insidentlə bağlı müvafiq qərar qəbul edəcək”.
QHT rəhbəri bildirib ki, Gürcüstan ərazisində erməni millətçisinə qoyulmuş heykəl yaxın zamanlarda sökülməlidir: “Ölkələrimiz strateji tərəfdaşdır, Azərbaycan isə bizə dost ölkədir və investisiya dəstəyi, yanacaq təminatı kimi addımlarla ölkəmizi dəstəkləyir. Əminəm ki, üçüncü qüvvələrin Gürcüstanla Azərbaycan arasında qardaşlıq münasibətlərinə ziyan vurmaq cəhdləri uğur qazanmayacaq”.
Baxış sayı: 1 277
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

