Təbriz şəhərində təşkil olunmuş mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, Heydər Əliyev istər sovet hakimiyyəti illərində, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrdə həyatını Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr edib. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün davam etdiyi və daxili çəkişmələrin də baş verdiyi bir zamanda Ümummilli Lider müstəqilliyimizin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib. Onun apardığı siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyi dünya ictimaiyyətinə çatdırılıb.
Baş konsul Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinin də əsasını qoyduğunu vurğulayaraq, müstəqilliyin ilk illərində iki dövlət arasındakı münasibətlərdə hökm sürən soyuqluğun aradan qaldırıldığını və hazırda qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini bildirib.
Ehsan süfrəsinin də açıldığı anım mərasimində İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti valisinin müavini, vilayətin və valiliyin, İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin məsul şəxsləri, kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyə Respublikasının Təbrizdəki Baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.(AZƏRTAC)
Baxış sayı: 1 948
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

