FACT-INFO.AZ » SİYASƏT » "Türkiyənin terrorla mübarizədə rolu böyükdür" - Səməd Seyidov
25-01-2019, 09:10 | SİYASƏT
"Türkiyənin terrorla mübarizədə rolu böyükdür" - Səməd Seyidov

Bunu AŞPA-da “Türkiyədə müxalif siyasətçilərlə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidovun sözlərinə görə, beynəlxalq ictimaiyyətin terrora, terror təşkilatlarına qarşı mübarizə səyləri nəticəsində bu gün dünya bir az sabitləşib: "Bu məsələdə Türkiyənin rolu böyükdür. Türkiyə təkcə terrorla mübarizəyə, müharibə qurbanlarına yardım məqsədilə milyardlarla dollar xərcləməyib, Türkiyə yalnız İraqdan, Suriyadan milyonlarla qaçqını qəbul edərək sığınacaq verməyib, eyni zamanda öz oğul və qızlarını regionda sülh uğrunda qurban verib. Bütün bunlara öz təşəkkürünü bildirmək əvəzinə, bəzi siyasətçilər, özünü siyasətçi adlandıranlar bizi məhv edənlərə kömək üçün əllərindən gələni etməyə çalışırlar. Məndə sual yaranır: ən təhlükəli nədir? Bizi Kalaşnikov silahı ilə öldürməyə cəhd edənlər, yoxsa bizi öldürməyə cəhd edənlərə yardım göstərənlər?" S.Seyidovun sözlərinə görə, bəzi insanlar onlara verilən imtiyazlardan sui-istifadə edir, özlərini məsul siyasətçi kimi təqdim edirlər, amma hamı qanun qarşısında bərabərdir:

"Əgər kimsə terrorun lehinə çıxış edir, kimsə zorakılığa dəstək üçün açıq çağırışlar edirsə, onu əsl siyasətçi adlandırmaq olmaz. Çünki əsl siyasətçi ölkəsinin, xalqının maraqlarını təqdim etməyə çalışır. Bu insanlar isə nəsə başqa bir şey axtarışındadır. İndi bu suala cavab verməliyik ki, kimin tərəfindəyik: dünyanı dəyişməyə cəhd edənlərin, yoxsa Türkiyənin demokratiyasının, sabitliyinin tərəfində olanların?".

Qeyd edək ki, AŞ PA-nın qış sessiyası yanvarın 21-də başlayıb və yanvarın 25-dək davam edəcək.

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər. (trend)




Baxış sayı: 1 268
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30