Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Litterosa” dərgisi dünya ədəbiyyatı, eləcə də Azərbaycan ədəbiyyatı və yazıçıları haqqında məlumatlar verir. Nəşrin ilk nömrəsində Nizami Gəncəvi, Alber Kamyu, Anton Çexov, Nitsşe və Hüseyn Abbaszadə haqqında məqalələr və onların hekayələri yerləşdirilib. Dərginin əsas hədəfi Azərbaycan ədəbiyyatı haqqında fransız dilində mənbə formalaşdırmaq, tədqiqatçılara bu sahədə istinad edə biləcəkləri elmi məlumatlar verməkdir. Nəşrin yaradıcısı və baş redaktoru Nicat Kazımovun verdiyi məlumata əsasən dərginin ikinci nömrəsində isə M.F.Axundzadə və Nəsimi haqqında məqalələr dərc ediləcək. “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi bizi daha ruhlandırıb və bu istiqamətdə fəaliyyətimizi gücləndirib. Dərgilərimiz “Kəpəz” nəşriyyatının oxucuları ilə bərabər, kitablarımıza əlavə edilərək oxucularımıza hədiyyə olunacaq. Bu dərgi fransızlara Azərbaycan romanları ilə yanaşı, yazıçılarımızla tanış olmaq imkanı yaradacaq”, - deyə N.Kazımov bildirib.
Baxış sayı: 1 463
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

