Sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur. İki gün davam edəcək sərginin açılışında konsulluğun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, QHT və KİV nümayəndələri iştirak ediblər. Sərgi barəsində məlumat verən Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev bildirib ki, tədbiri keçirməkdə məqsəd ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsi olan yanvar faciəsi haqqında türk ictimaiyyətini maarifləndirməkdir. Qanlı yanvar hadisələri haqqında danışan İstanbul sakinləri türk xalqının hər zaman Azərbaycanın yanında olduğunu və azadlıq uğrunda mübarizədə şəhid olan soydaşlarımızın ruhunu ehtiramla andıqlarını bildirdilər. Qeyd edək ki, davamlı olaraq sərgilərin keçirildiyi "Yeni Qapı" qovşağı sərnişinlərin ən çox istifadə etdiyi ərazidir.
Baxış sayı: 1 324
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

