FACT-INFO.AZ » SİYASƏT » Leyla Abdullayeva: Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə nəzər yetirməyi tövsiyə edirik
16-01-2019, 08:15 | SİYASƏT
Leyla Abdullayeva: Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə nəzər yetirməyi tövsiyə edirik

Bunu Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan parlamentinin yeni təyin olunmuş spikeri Ararat Mirzoyanın “bu günlərdə 1990-cı ildə Bakıda ermənilərin qırğını törədilib” fikirlərinə mübnasibət bildirərkən deyib. L.Abdullayevanın sözlərinə görə, bu fikri söyləyən Ermənistan Parlamentinin spikeri son iki əsr ərzində erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət nəticəsində baş vermiş çoxsaylı faciələrdən xəbərdar olmaya bilməz, əlbəttə: "Ancaq tarixin bəzi səhifələrini silib, onu öz istədiyi şəkildə yazmaq istəyənlərə çox deyil, yalnız son onilliklər ərzində ermənilər tərəfindən törədilmiş bəzi qanlı hadisələri xatırlatmaq istərdim.

1988-1991-ci illərdə, Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, talan edilmişdir. 1988-ci il 18 sentyabr tarixində Xankəndidə yaşayan 15 minə qədər azərbaycanlı şəhərdən zorakılıqla çıxardılaraq evləri yandırılmışdır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində yalnız Dağlıq Qarabağ ərazisindən 50 min azərbaycanlı soyqırımına və təcavüzə məruz qoyulub və didərgin salınıb. Bu dövr ərzində etnik təmizləmə nəticəsində Ermənistandakı 185 azərbaycanlı kəndindən 250 min nəfərədək azərbaycanlı təcavüzə məruz qalaraq zorakılıqla doğma yurdlarından qovulub.

1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində aralarında azyaşlı uşaqlar, qadınlar və yaşlı insanlar olmaqla 613 nəfər dinc sakin vəhşicəsinə qətlə yetirilib. Bu günədək dünyanın 16 ölkəsi və Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalı soyqırımını tanıyıb və pisləyib. Ümumilikdə, Ermənistanın işğalçı siyasəti nəticəsində hazırda bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Qeyd etdiyim kimi, sadaladıqlarım yalnız son onilliklər zamanı Ermənistan tərəfindən törədilmiş qanlı hadisələrdir. Mən hələ XX əsrin əvvəllərində 1905-07, 1918-ci illərdə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və soyqırımını qeyd etmədim.

Ermənistan spikerinə bəyanatlar vermədən öncə məlum tarixi hadisələrə, onların acınacaqlı nəticələrinə bir daha nəzər yetirməyi və bəyanatlarını xalqlararası nifaqın qızışdırılması deyil, bölgədə sülh, tərəqqi və gələcək inkişaf naminə verməyi tövsiyə edirik".




Baxış sayı: 1 250
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031