“Prezident İlham Əliyevin Nazirlər Kabinetinin hər iclasında etdiyi çıxış əslində cəmiyyət qarşısında dövlət başçısı kimi növbəti hesabatıdır. Bu hesabat real vəziyyətə və statistik rəqəmlərə əsaslanır”. Bu fikirləri Azadinform-a millət vəkili Aydın Mirzəzadə prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edərkən deyib. O bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişafı, insanların sosial mühitinin yaxşılaşması, Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə qorunması yüksək səviyyədə təşkil olunub: “Bunu biz görürük. Azərbaycan kimi müstəqil daxili və xarici siyasət yeridən ölkələr azdır. Təbii sərvətlərdən gələn gəlirlər Azərbaycan xalqının maraqlarına sərf olunur. İştirak etdiyi layihələrdən əldə edilən gəlir Azərbaycanın gələcəyi üçün qorunub saxlanır və istifadə edilir. İstənilən anda müstəqilliyimizin əbədi və dönməz olması təmin edilir”. Deputat əlavə edib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı siyasət düzgündür, cəmiyyət tərəfindən dəstəklənir və hər bir vətəndaşın maraqlarına cavab verir.
Baxış sayı: 1 323
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

