FACT-INFO.AZ » SİYASƏT » Millət vəkili: Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu
14-01-2019, 08:40 | SİYASƏT
Millət vəkili: Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Deputat bildirib ki, dövlət başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu: “Bütün dünya bildi ki, Ermənistanda Sarkisyan, Koçaryan kimiləri Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş bir cinayətkar qruplaşmadır. Nəhayət, Ermənistan cəmiyyəti də dözməyərək onları tarixin arxivinə atdı və əminəm ki, məhkəmələr də qurulacaq və onlar Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə cavab verəcəklər”.

B.Əliyev vurğulayıb ki, Azərbaycanın apardığı uğurlu siyasət Ermənistanı təcrid vəziyyətinə salıb: “Ermənistanın iqtisadiyyatı da, siyasəti də çöküb və onların yeganə çıxış yolu ondan ibarətdir ki, erməni işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxsın. Yalnız bundan sonra bəlkə Ermənistanın bir şansı, çıxış yolu ola bilər. Onların gələcək taleyi Azərbaycan dövlətindən asılıdır. Ermənistan bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşıdır”. Millət vəkili qeyd edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sürətlə inkişaf edir, dayanıqlı iqtisadiyyata malikdir, bütün ölkələrlə faydalı münasibətlər qurub:

"Azərbaycan erməni işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlar üçün öz vəsaiti hesabına gözəl mənzillər tikir, onların sosial vəziyyəti yaxşılaşdırılır, iş yerləri ilə təmin olunur. Dövlətimizin başçısı da çıxışında bildirdi ki, 2019-cu ildə də məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görüləcək və bunun üçün vəsait ayrılıb. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işləri məcburi köçkünlər daim alqışlayırlar, öz minnətdarlıqlarını bildirirlər”.




Baxış sayı: 1 197
"Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib Dünən, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib Dünən, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib Dünən, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub Dünən, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting Dünən, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir Dünən, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi Dünən, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib Dünən, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir Dünən, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub Dünən, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00 “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub 23-09-2026, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək 23-09-2026, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb 23-09-2026, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub 23-09-2026, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb 23-09-2026, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb 22-09-2026, 21:30 MEK elektron xidmətlərini təqdim edir 22-09-2026, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb 22-09-2026, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır 22-09-2026, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib 22-09-2026, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb 22-09-2026, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb 22-09-2026, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb 22-09-2026, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930