FACT-INFO.AZ » SİYASƏT » Hikmət Babaoğlu: Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya ola bilməz
11-12-2018, 09:25 | SİYASƏT
Hikmət Babaoğlu: Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya ola bilməz

Bunun birinci səbəbi onunla izah edilir ki, bu ölkədə cəmi iki milyona yaxın insan yaşadığı halda seçkini keçirən rəsmi qurum – Mərkəzi Seçki Komissiyası 2 milyon 500 mindən çox seçici müəyyən edib və saxta seçici siyahısı tərtib olunub. Təkcə bu fakt işğalçı ölkədə keçirilən seçkilərin saxta olduğunu söyləməyə kifayətdir. Belə olan halda, ümumiyyətlə, olmayan, yaxud sadəcə seçici siyahısında adı olan seçicinin hansısa fəallığından, yaxud qeyri-fəallığından danışmaq da ciddi olmaz. Ona görə də bu absurd tamaşa heç bir ciddi qiymətləndirmə meyarlarına uyğun gəlmir. Sadəcə, 2018-ci ilin aprel ayından bəri Ermənistanda tamaşaya qoyulan siyasi komediyanı hər hansı şəkildə başa çatdıraraq küçə demokratiyasının liderinin hakimiyyətinə legitimlik donu geyindirmək lazım idi ki, bunu da etdilər. Baş tutan əslində budur. Çünki ziddiyyətli siyasi qütblərin az qala birgə layihəsi kimi qiymətləndirilə biləcək Paşinyan oyunu, nəhayət, fərqli siyasi maraqların müvazinətini təmin etməli, hüquqa və demokratiyaya uyğunlaşdırılmalı idi. Həqiqət isə bundan ibarətdir ki, Ermənistan sözünün yanında hüquq və demokratiya kəlmələrinin işlənməsi hüququn və demokratiyanın təhqir edilməsi deməkdir. Bir hərbi xuntanın yeni işğalçı diktatura ilə əvəz edilməsi demokratiya hadisəsi ola bilməz. Ancaq ermənilər hazırda bunu etməyə çalışırlar.

Fact-info/az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. Deputatın sözlərinə görə, istər dini liderin, istərsə də separatçı rejimin və hazırkı prezidentin tələm–tələsik Paşinyanı təbrik etmələri də bununla bağlıdır. Onlar Ermənistanda oynanılan oyunu demokratiya kimi təqdim etməklə ümumxalq konsolidasiyasının olduğunu və ermənilərin demokratik cəmiyyət qura bildiklərini sübut etməyə çalışırlar. Görünən odur ki, bəzi beynəlxalq və insan hüquqları təşkilatları da bunu belə qələmə verməyə hazırlaşırlar. Ancaq baş verən seçki saxtakarlığı o qədər böyük miqyasda və o qədər təkzibedilməz ölçüdədir ki, bunu ört-basdır etmək mümkün deyil.

Hikmət Babaoğlu qeyd edib ki, heç bir halda ölkə əhalisinin 30 faizinin seçimi həmin ölkədə sabitliyin təminatçısı ola bilməz. Ona görə də Ermənistan cəmiyyəti olduqca ciddi sosial partlayış ərəfəsindədir. Bunu şərtləndirən ikinci amil isə ötən aylar ərzində iqtisadi sahədə heç bir islahatın aparılmaması, ölkənin yoxsulluq vəziyyətində olmasıdır. İslahatlar isə ona görə aparılmır ki, bunu etmək mümkün deyil, çünki islahatları təmin edəcək iqtisadi resurslar bu ölkədə yoxdur. Belə olan halda, Ermənistanda yeni eranın başladığını iddia edənlər yalnız siyasi xəyalpərəstlər ola bilərlər. Ermənistanda yeni era o vaxt mümkün ola bilər ki, bu ölkə işğalçılıq siyasətinə son qoysun, zəbt etdiyi Azərbaycan torpaqlarını geri qaytarsın. Əks təqdirdə, heç bir güc göydən zənbillə bu ölkəyə iqtisadiyyat gətirə bilməyəcək. Çünki iqtisadiyyat real resurslara və kommunikasiyaya əsaslanaraq qurulur. Bu resursların və kommunikasiyaların açarı isə Azərbaycanın əlindədir.

Milli Məclisin deputatı əlavə edib ki, Paşinyan hər nə qədər öz legitimliyini qəbul etdirməyə çalışsa da, bu, baş tutmayacaq, çox keçmədən əhali yenidən iqtisadi tələblərlə meydanlara çıxacaq. Ona görə də yaxşı olar ki, yeni seçilən komanda öz xalqının və qonşu xalqların ümumi mənafeyinə uyğun olan addımlar atmaq barədə düşünsün. Yoxsa Azərbaycanın da səbri sonsuz deyil və şərtlər uyğun olan kimi yeni həmlələrlə torpaqlarını azad etmək istiqamətində ciddi addımlar atılacaq.




Baxış sayı: 1 317
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031