FACT-INFO.AZ » SİYASƏT » Rafael Hüseynov: Ermənistanın təcavüzü nəticəsində torpaqlarla yanaşı, qeyri-maddi mədəni irsi yaşadan mühit də qəsb edilib
8-12-2018, 12:10 | SİYASƏT
Rafael Hüseynov: Ermənistanın təcavüzü nəticəsində torpaqlarla yanaşı, qeyri-maddi mədəni irsi yaşadan mühit də qəsb edilib

Bildirilib ki, qitənin ayrı-ayrı bölgələrində cərəyan etmiş və davam etməkdə olan hərbi qarşıdurma və müharibələr həyatın müxtəlif sahələri ilə yanaşı, mədəni sərvətlərə də böyük zərər vurub. AZƏRTAC xəbər verir ki, komitə iclasında belçikalı deputat Andres Qrifroyun hazırladığı və 2019-cu ilin martında AŞPA Daimi Komitəsinin iclasında təqdim ediləcək “Avropada qeyri-maddi mədəni irsin dəyərləndirilməsi və qorunması” adlı məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrə qatılan komitənin üzvü Rafael Hüseynov Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması sahəsində uğurlu fəaliyyətindən, UNESCO ilə bu sahədə sıx əməkdaşlığından bəhs edib.

“Qeyri-maddi mədəni irs hər bir xalqın milli dili kimidir. Bu sərvətlər xalqın əsl təkrarsız siması, mənəvi zənginliyidir. Hazırda Azərbaycanın UNESCO-da rəsmən qeydiyyatdan keçmiş 11 qeyri-maddi mədəni irs nümunəsi var. Daha ikisi qeydəalınma prosesindədir və ehtiyat siyahıda daha üç nümunə gözləməkdədir. Azərbaycanın bu qəbildən olan, yəqin ki, gələcəkdə rəsmi qeydiyyata düşəcək onlarla başqa qiymətli qeyri-maddi irs nümunələri mövcuddur. Azərbaycan müstəqilliyini bərpa edəndən bir il sonra - 1992-ci ildə UNESCO-ya üzv olsa da, birbaşa sıx əlaqələri hələ 1996-cı ildən başlayıb. Azərbaycanla UNESCO arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Tarixi baxımdan çox da böyük olmayan müddətdə yalnız bir istiqamət üzrə bu qədər mədəni irs nümunəsinin rəsmi qeydiyyata düşməsi, təbii ki, sıx əməkdaşlığın nəticəsidir”, - deyə R.Hüseynov bildirib.

Azərbaycanlı deputat hazırlanmış məruzədə Avropadakı qeyri-maddi irs nümunələrinin ümumi mənzərəsinin yaradılmasını qənaətbəxş hesab etsə də, hərbi münaqişələr nəticəsində mədəni irsə vurulan zərbələrdən bəhs edilməməsini ciddi qüsur saydığını vurğulayıb. Qeyd edib ki, dünyanın ən müxtəlif guşələrində, eləcə də Avropada sonu görünməyən hərbi münaqişələr, qarşıdurmalar davam edir. Qaçqınların, öz daimi yaşayış yerini itirən insanların sayı durmadan artır. 300 mindən artıq azərbaycanlı artıq 30 ildir Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından, 700 min azərbaycanlı ermənilər və onlara dəstək olan xarici qüvvələr tərəfindən işğal edilmiş 20 faiz Azərbaycan torpağındakı daimi yurdlarından didərgin salınıb. Bu gün Avropada da yüz minlərlə insan öz doğma yurdlarından didərgin salınıb: “İnsan öz doğulub böyüdüyü mühitdən uzun illər ayrı düşəndə onun ənənələri, milli-mədəni dəyərləri, qeyri-maddi irsinin misilsiz nümunələri tədricən eroziyaya uğrayır, dağılır, məhv olur. Münaqişələr nəticəsində vətənini, doğma yerlərini itirən insanlar çətin də olsa yaşamaqda davam edirlər. Amma müxtəlif yerlərdə sığınacaq tapmağa məcbur olduqları üçün bir-biriləri ilə daimi təmasları qırılır. Bu minvalla tədricən ortaq mühitdə, onların daimi sıx ünsiyyətdə yaşaya bilən qeyri-maddi mədəni irs nümunələri də tədricən yoxa çıxır. Yaşamaq haqqı olan belə inciləri qorumaq isə hər birimizin vəzifəsi, insanlıq borcudur. İtən, zədələnən sərvətlər onu hansı xalqın yaratmağından asılı olmayaraq hamımızındır, Avropanındır, dünyanındır”.

R.Hüseynov UNESCO-nu münaqişələr nəticəsində zədələnmək, itmək, yox olmaq təhlükəsi ilə üzləşən qeyri-maddi mədəni irs nümunələrinin qeydə alınması, mühafizəsi, bərpası və inkişafı istiqamətində fəaliyyətlərini daha da gücləndirməyə çağırıb. AŞPA-dakı nümayəndə heyətimizin üzvü Azərbaycanda, eləcə də digər Avropa ölkələrində hərbi münaqişələr nəticəsində qeyri-maddi mədəni irsin məhv olması təhlükələrinin və onlara dəyən zərbələrin məruzədə əks etdirilməsinin vacibliyini qeyd edib.

Məruzəçi bununla bağlı başqa bir müstəqil məruzənin hazırlanmasının lazım olduğunu bildirsə də, Rafael Hüseynov bu izahı yetərli saymayıb. “Əlbəttə, bu elə həssas və əhəmiyyətli məsələdir ki, haqqında bir yox, bir neçə müstəqil məruzə də hazırlamaq olar, həm də lazımdır. Lakin bu məruzə bilavasitə qeyri-maddi irsin qorunması probleminə həsr edilibsə və burada işğala uğramış Azərbaycanın, eləcə də oxşar fəlakətləri yaşayan digər Avropa xalqlarının qeyri-maddi mədəni irsinə dəyən real ziyanlardan bircə cümlə belə yoxdursa, bu mövqe ilə razılaşmaq mümkünsüzdür. Ona görə də mətndəki həmin ciddi qüsur hökmən aradan qaldırılmalıdır”, - deyə R.Hüseynov bildirib. Avstriyalı deputat S.Şennax və digərləri çıxış edərək Azərbaycan təmsilçisinin fikirlərini dəstəkləyib, bu iradın nəzərə alınmasının zəruriliyini söyləyiblər.




Baxış sayı: 1 255
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031