Bu fikirləri gənclər və idman naziri Azad Rəhimov jurnalistlərlə görüşündə bildirib. A.Rəhimov qeyd edib: "Biz çox şadıq ki, gimnastika üçün çox vacib olan bu tədbir Bakıda keçirilir: “Gördüyünüz kimi, bütün tələb olunan məsələləri Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə həll edib və Konqres çox yüksək səviyyədə keçirilir. Sözsüz ki, bu tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Ona görə ki, son illər Azərbaycanda gimnastika ilə bağlı böyük nailiyyətlər əldə olunub, müasir infrastruktur yaradılıb, dünyanın mühüm yarışları məhz Azərbaycanda keçirilir, Azərbaycan idmançıları daim dünya idmançılarının onluğundadır və çox yüksək nəticələr göstərirlər”. Nazir əlavə edib ki, gimnastika idman növünə Azərbaycanda böyük maraq var: “Biz görürük ki, böyük yarışlardan sonra valideynlər uşaqlarını idmana gətirib yazdırırlar. Bütün bunlar ilk növbədə idmanın kütləviliyinə, idmanın inkişafına çox böyük töhfə verir”.
Baxış sayı: 1 387
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

