FACT-INFO.AZ » SİYASƏT » Paris Sülh Forumunda Azərbaycan da təmsil olunur
12-11-2018, 08:00 | SİYASƏT
Paris Sülh Forumunda Azərbaycan da təmsil olunur

Forumda əməli nəticələrə nail olmaq üçün ideya və təşəbbüslərin innovativ formatda müzakirə olunacağı və daha da inkişaf etdiriləcəyi debatlar, beynəlxalq təşkilatların və fərdlərin təqdim etdikləri və qlobal idarəetmə layihələri üzrə çağırışlardan sonra seçilmiş həllər, rəqiblər və bələdçilərin əməkdaşlığı ilə maliyyə məlumatları şəffaflığına dair birgə kompüter proqramlaşdırmasına həsr edilmiş üç məkanda iş aparılacaq.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan ilk Paris Sülh Forumunda xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. Nümayəndə heyətimiz Forumun açılışında və müzakirələrdə iştirak edəcək. Forumun noyabrın 11-də günün ikinci yarısında baş tutacaq açılış mərasimində Fransa Prezident Emmanuel Makron, Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel və BMT-nin baş katibi Antonio Quterreş çıxış edəcəklər.

ABŞ Prezidenti Donald Trump Foruma qatılmayacağı bildirilir. Açılış mərasimində ümumilikdə 85 dövlət və hökumət başçısının, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir. Onların arasında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da var.

Paris Sülh Forumu sadə ideyaya əsaslanan illik tədbirdir və beynəlxalq problemlərin həlli platforması kimi çıxış edir. Burada dünyanın müxtəlif ölkələrindən 850 müraciət üzrə sülh və təhlükəsizlik, ətraf mühit, inkişaf, yeni texnologiyalar və inklüziv iqtisadiyyat kimi beş istiqamətdə 120 təşəbbüs və layihə ətrafında müzakirələr aparılacaq. Forum bu tip layihələrə dəstək və potensial tərəfdaşlarla qarşılıqlı fəaliyyət təklif edir.

Təqdimatlardan seçilən 10 layihəyə 2019-cu ilin noyabrında keçiriləcək ikinci Forumadək xüsusi dəstək veriləcək. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü olan Forum müstəqil assosiasiyalar, Kerber Fondu, Mo İbrahim Fondu, Fransa Beynəlxalq Əlaqələr İnstitutu, Montaigne İnstitutu, Siyasi Elmlər İnstitutu və Avropa və Xarici İşlər Nazirliyi tərəfindən təsis edilib, qeyri-hökumət təşkilatları və beynəlxalq donorlar tərəfindən maliyyələşir. Paris Sülh Forumu üç gün davam edəcək.




Baxış sayı: 1 412
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30