FACT-INFO.AZ » SİYASƏT » Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar iclas
1-11-2018, 21:05 | SİYASƏT
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar iclas

Trend-in məlumatına görə, əvvəlcə tədbir iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadlarını əks etdirən fotostendlə, eləcə də müxtəlif dillərdə nəşr edilən kitablar, fotoalbomlar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar. İclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Mədət Quliyev tədbir iştirakçılarını salamlayaraq, Komissiyanın fəaliyyət göstərdiyi 25 il ərzində görülmüş işlər barədə məlumat verib.

M.Quliyev qeyd edib ki, Dövlət Komissiyası fəaliyyət göstərdiyi 25 il ərzində beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşıb, bu sahədə böyük iş təcrübəsi olan Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), BMT, ATƏT, Beynəlxalq İşçi qrupu və digər aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində işləyib, yaranmış ağır humanitar problemin həllində onların imkanlarından istifadə edib. Dövlət Komissiyası üçün faydalı olan bu əməkdaşlıq bundan sonra da səmərəli şəkildə davam etdiriləcək.

Dövlət Komissiyasının sədri deyib: “Bu gün əsası Ümummilli Lider tərəfindən qoyulmuş “Respublika Xatirə Kitabı”nın itkin düşmüş vətəndaşlarımıza həsr edilmiş xüsusi buraxılışının birinci cildi diqqətinizə təqdim olunur. Azərbaycan və ingilis dillərində nəşr edilmiş xüsusi buraxılış bir neçə cilddən ibarət olacaq. Kitab Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Dövlət Komissiyası və “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən tərtib edilib". M.Quliyev bildirib ki, Komissiya fəaliyyət göstərdiyi 25 ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb. Ancaq bu sahədə həllini gözləyən məsələlər çoxdur.

Sonra iclasda gündəlikdə duran məsələlər üzrə məruzələr dinlənilib. Məruzələr ətrafında müzakirələr olub, Komissiya üzvlərinin fikir, təklif və tövsiyələri dinlənilib. Komissiyanın və İşçi qrupunun fəaliyyəti qənaətbəxş hesab edilib. İclasın sonunda çıxış edən Komissiya sədri M.Quliyev deyib ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həllini gözləyən vacib məsələdir: "Ona görə də həm Komissiya üzvləri, həm də İşçi qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini möhtərəm Prezident cənab İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır".

Sədr qarşıda çox ciddi məsələlərin həllini gözlədiyini, xüsusən də BQXK ilə birlikdə həyata keçirilən "Ante Mortem" proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini, ekshumasiya və identifikasiya işlərinin aparılması üçün hüquqi-normativ bazanın hazırlanmasının, bu məqsədlə aidiyyəti dövlət qurumlarının və BQXK-nın mütəxəssislərindən ibarət ayrıca İşçi qrupunun yaradılmasının və təxirə salınmadan müzakirələrin aparılmasının vacibliyini bildirib. Qeyd edilib ki, Ermənistan ordusu tərəfindən həyata keçirilən təxribatlar və atəşkəs rejiminin intensiv pozulması halları narahatlıq yaradan əsas amildir: "Təəssüf ki, belə əməllər insan itkisi ilə nəticələnir və müharibə qurbanlarının sayı artır. İşğal faktının mövcudluğu, Ermənistanın problemin həllində qeyri-konstruktiv mövqeyi sülh variantını hələ də sual altında qoyur. Bu baxımdan Komissiya olaraq biz hər bir situasiyaya hazır olmalıyıq. Yalnız tam hazırlıq şəraitində və koordinasiyalı fəaliyyət nəticəsində üzərimizə düşən vəzifələri dolğun şəkildə icra edə bilərik".

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edən M.Quliyev Komissiyanın İşçi qrupunun fəaliyyəti nəticəsində üzə çıxarılan həqiqətlərin, ölkəmizlə bağlı məlumatların beynəlxalq aləmdə yayılmasında müvafiq qurumların imkanlarından sistemli şəkildə istifadə olunmasının əhəmiyyətini vurğulayıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Prezident İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarını, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyasının qarşısında qoyulan vəzifələrin icrası üçün daha da əzmlə çalışacaqlarını bildirib.




Baxış sayı: 1 367
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30