Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, Vilnüs şəhərində kitabın təqdimatı keçirilib.
Təqdimatla bağlı Litvanın nüfuzlu qəzetində məqalə dərc edilib.
Kitabda Dağlıq Qarabağ münaqişəsinin köklərinə, beynəlxalq hüququn Ermənistan tərəfindən kobud şəkildə pozulmasına və münaqişənin sülh yolu ilə həlli variantlarına toxunulub.
Məqalədə bildirilir ki, 1994-cü ildə münaqişə tərəfləri olan Azərbaycanla Ermənistan arasında danışıqlar təşkil etmək üçün ATƏT-in Minsk qrupu yaradılıb. Dövlətlər Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan Madrid prinsipləri əsasında razılığa gəlib. Həmçinin qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması da bu prinsiplər sırasında daxil edilib.
Litva Hərbi Akademiyasının müəllimi Laura Kirvelite danışıqlar prosesinin hələ də nəticəsiz qalmasının səbəblərini belə izah edib: “Ermənistan Dağlıq Qarabağın əhalisi arasında referendum keçirmək istəyir, hansı ki, orda əhalinin 90%-i ermənidir. Azərbaycan isə Ermənistanın işğal edilmiş ərazilərdən qoşunlarını geri çəkməsini gözləyir”.
Baxış sayı: 1 897
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week

