Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu, Elmar Məmmədyarov və David Zalkalianinin İstanbulda keçirilən üçtərəfli görüşünün sonunda bəyannamə qəbul olunub. "Report"un Türkiyə bürosu xəbər verir ki, Dolmabağça sarayında baş tutan danışıqlar yekunlaşandan sonra XİN başçıları mətbuat konfransı keçiriblər. M. Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunub. O deyib ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasını zəruri sayır və bu məsələ hər zaman rəsmi Ankaranın gündəmində olub. E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Türkiyəyə təşəkkür edib. Nazirlərin mətbuat konfransında üç ölkənin həyata keçirdiyi enerji layihələrinə toxunulub və üçtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Baxış sayı: 1 322
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted

