FACT-INFO.AZ » SİYASƏT » Hikmət Hacıyev: "Boltonun səfəri ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açır"
28-10-2018, 09:55 | SİYASƏT
Hikmət Hacıyev: "Boltonun səfəri ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açır"

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik “Con Batçelor Şou” radioproqramına müsahibəsində deyib. H.Hacıyev müsahibədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonun Azərbaycana səfəri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, 18 oktyabr və müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin enerji siyasəti, regional əməkdaşlıq və Azərbaycanın qonşu dövlətlərlə əlaqələri barədə danışıb. “Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal "ABC Radio" Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanallar tərəfindən həm canlı, həm də audio yazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir. Veriliş əsnasında H.Hacıyev Azərbaycanın strateji baxımdan əhəmiyyətli dövlət olduğunu qeyd edərək C.Boltonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə səmərəli müzakirələr apardığını, bu səfərin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional əməkdaşlıq və enerji layihələrinə toxunan PA rəsmisi Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam etdiyini deyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu deyib. 27 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərindən danışan H.Hacıyev bu günlərdə keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumuna diqqət çəkərək bu forumun qlobal xarakter daşıdığını və beynəlxalq səviyyədə humanitar məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu bildirib. O, Azərbaycanın bu gün dinamik surətdə inkişaf etdiyini, müasir, dünyəvi dövlət olduğunu və öz mültikulturalizm ənənələri ilə fəxr etdiyini vurğulayıb.




Baxış sayı: 1 348
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Dünən, 21:30 Zeytun Festivalı başlayıb Dünən, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Dünən, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Dünən, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Dünən, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Dünən, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Dünən, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Dünən, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Dünən, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Dünən, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub 22-10-2026, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub 22-10-2026, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 22-10-2026, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts 22-10-2026, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür 22-10-2026, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb 22-10-2026, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir 22-10-2026, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub 22-10-2026, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir 22-10-2026, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ 22-10-2026, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031